Tədqiqatçılar kəşf ediblər ki, “şiş iyləyən” adlandırdıqları inqilabi cərrahi bıçaqla (iknife) saniyələr ərzində uşaqlıq yolu xərçənginə diaqnoz qoyula biliblər.
Medianews.az xarici mediaya istinad xəbər verir ki, qadınlarda ən çox rast gəlinən uşaqlıq yolu xərçəngi ilə bağlı perspektivli bir araşdırma aparılıb.
Dünya alimləri aşkar ediblər ki, hazırda döş və beyin xərçənginin müalicəsində istifadə edilən iknife cihazı endometrium xərçənginin varlığını dəqiq müəyyən edə bilir:
“İknife endometrium xərçəngini saniyələr ərzində 89 faiz dəqiqliklə etibarlı şəkildə diaqnoz etdi, qadınlar üçün mövcud gecikmələri minimuma endirdi. Bu araşdırmada təqdim olunan tapıntılar yeni diaqnostik yollara qapı aça bilər”.
İknifenin effektivliyi uşaqlıq yolu xərçəngi şübhəsi olan 150 qadından alınan biopsiya toxuma nümunələri ilə sübut edilib və nəticələr mövcud diaqnostik üsullarla müqayisə edilib.
Ayşən Azadova
Medianews.az