Bazar, 5 Fevral 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Qarpıza görə arvadını döyən şəxs: “Təpiklə ayağına bir neçə dəfə vurdum”

Mehin
05/01/2023 09:49
66
BAXIŞ
FacebookTwitterTelegram

Bakının Binəqədi rayonunda 1981-ci il təvəllüdlü Daşqın şəxsi münasibətlər zəminində keçmiş həyat yoldaşı Nərminə (adlar şərti verilib – red.) xəsarət yetirib.

demokrat.az-a istinadən xəbər verir ki, hadisə ötən ilin 14 iyulunda baş verib.

Daşqın həmin gün saat 16:30-da Nərminlə yaşadıqları həyət evində mübahisə edib. Mübahisə zamanı o, Nərmini döyərək, ona müxtəlif dərəcəli xəsarətlər yetirib. İstintaq orqanı tərəfindən Daşqının barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Daşqın ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 2018-ci ildə Nərminlə rəsmi olaraq boşanıb: “Lakin hazırda bir evdə yaşamağa davam edirik. Bizim iki övladımız var. Ailənin maddi ehtiyaclarını yenə də özüm ödəyirəm”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisə günü yaşadığı evə gələrkən görüb ki, evin qarşısında bir avtomobil dayanıb: “Evin qapısına çatdıqda isə həyətdən bir nəfər şəxsin çölə çıxdığını gördüm. Həmin şəxsə yaxınlaşdım və ondan kim olduğunu, nə üçün evimə gəldiyini soruşdum. Həmin tanımadığım şəxs Nərminin iş yerindən evə qarpız göndərdiyini və onu gətirdiyini bildirdi. Həmin şəxdən daha heç nə soruşmadım və evə keçdim”.

Təqsirləndirilən şəxs qeyd edib ki, saat 16:00 radələrində Nərmin evə gəlib.

Nərminə nə üçün tanımadığımız adam ilə evə qarpız göndərdiyini, lazım gələrdisə, gedib qarpızı özümün götürə biləcəyimi söylədim: “Bu sözdən sonra Nərminlə aramızda sözlü mübahisə baş verdi. Mübahisənin gedişatında çox əsəbiləşdim. Həmin vaxt Nərminin acıqlı sözlərlə danışması məni özümdən çıxardı. Bədəninin müxtəlif nahiyyələrinə zərbələr endirdim, təpiklə ayağına bir neçə dəfə vurdum. Aramızda olan mübahisə sona çatdıqdan sonra Nərmin polisə şikayət etmək üçün zəng etdi”.

Zərərçəkmişin sözlərinə görə, hadisə günü, saat 16 radələrində keçmiş həyat yoldaşı Daşqınla aralarında sözlü mübahisəsi yaranıb: “Daşqın məni təhqir edərək əl və ayaq zərbələri ilə bədənimin qol, sinə, kürək hissəsinə, təpiklə sol ayaq nahiyəmə vuraraq xəsarətlər yetirdi. Daşqın məni dəfələrlə döyüb və təhqir edib. Əvvəllər də Daşqının məni döyməsi səbəbindən polisə müraciət etmişəm. Buna görə də məhkəmə qərarı ilə o tutulub. Daşqının məhkəməyə verilməsinə baxmayaraq, hazırda da məni döyüb, öldürməklə hədələyir”.

Cinayət işinə Binəqədi Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Daşqın beş ay müddətinə azadlıqdan məhrum edilib.

DAHA ÇOX OXU

export

Regional Təhsil İdarəsinin əməkdaşı yol qəzasında öldü -FOTO

05/02/2023 01:43
export

Bakıda qadına qarşı əxlaqsızlıq edən taksi sürücüsü saxlanıldı

05/02/2023 01:27
export

Qusarda 94 yaşlı qadın özünü asaraq İNTİHAR ETDİ

05/02/2023 01:14
export

ABŞ Çinin hava şarını belə vurdu – ANBAAN VİDEO

05/02/2023 01:14
export

Fotoqraf saxlanıldı – Rəsmi açıqlama

05/02/2023 00:43
export

Bakı bulvarında qadın meyiti tapıldı

04/02/2023 20:46
SON XƏBƏR

Bu il Qarabağda ANTİTERROR əməliyyatı keçirilə bilər - ŞOK PROQNOZ

Bu əsrin ən soyuq 5 günü

“Vaxtından əvvəl əməliyyat etdilər, uşağım yaşasa da, əngəlli olacaq”

Xəbər lenti

Azərbaycanda vəkil intihar etdi

05/02/2023 12:10

Corcinanın cərimələnmək səbəbi… – Fotolar

05/02/2023 11:50

Pensiya alanlara ŞAD XƏBƏR – Norveç təcrübəsindən istifadə olunacaq – Video

05/02/2023 11:39

Şimali Osetiya rəhbəri Ukraynada güllələndi

05/02/2023 11:15

Pərviz Müşərrəf vəfat etdi

05/02/2023 11:04

Laçında tikiləcək turizm mərkəzi belə olacaq – FOTO

05/02/2023 11:00

Çayın zərərindən xəbəriniz var?

05/02/2023 10:40

Pakistan “Vikipediya”nı qadağan etdi

05/02/2023 10:20

Çilidə meşə yanğınlarında həyatını itirənlərin sayı 22-yə çatıb

05/02/2023 10:00

Din xadimlərinə haqsızlığa qarşı səs qaldırmaq tapşırıldı

05/02/2023 09:40

Hər gün bir stəkan içsəniz…

05/02/2023 09:20

Azərbaycan şirkəti İnternet qiymətlərini yenilədi

05/02/2023 09:00

ABŞ prezidenti Bayden: “Biz bununla məşğul olacağıq”

05/02/2023 08:50

“Hamıya fikir versək, çürüyüb ölərik” – Səidə Sultan

05/02/2023 02:58

Rəhman Rəhmanov ikinci həyat yoldaşından da boşandı

05/02/2023 02:38

Manaf Tünzalənin məzar daşı üçün pul göndərdi – Ülviyyədən şok sözlər

05/02/2023 02:19

Bakıdakı məşhur restoran şəbəkəsi fəaliyyətini dayandırdı

05/02/2023 02:02

Regional Təhsil İdarəsinin əməkdaşı yol qəzasında öldü -FOTO

05/02/2023 01:43

Bakıda qadına qarşı əxlaqsızlıq edən taksi sürücüsü saxlanıldı

05/02/2023 01:27

Qusarda 94 yaşlı qadın özünü asaraq İNTİHAR ETDİ

05/02/2023 01:14

ABŞ Çinin hava şarını belə vurdu – ANBAAN VİDEO

05/02/2023 01:14

Azərbaycanlı gənc 145 min manatlıq təqaüdü necə alıb? – MÜSAHİBƏ

05/02/2023 00:50

Azərbaycanlı uşaqlar Londondakı məktəbdə görün nələr öyrənirlər? – VİDEO

05/02/2023 00:48

Fotoqraf saxlanıldı – Rəsmi açıqlama

05/02/2023 00:43

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.