Medianews.az xarici mətbuata istinadla xəbər verir ki, Ağ Ev bəyanatında ABŞ sanksiyalar və ixrac nəzarəti vasitəsilə İranın pilotsuz təyyarə istehsalını hədəfə almaq yollarını axtarır.
Ağ Ev Milli Təhlükəsizlik Şurasının sözçüsü Adrienne Vatson verdiyi açıqlamada, ABŞ -ın sanksiyalar və ixrac nəzarəti yolu ilə İranın pilotsuz uçuş aparatının (PUA) istehsalını hədəf almağın yollarını axtardığını və istifadə edilən hissələri istehsal edən özəl şirkətlərlə danışıqlar apardıqlarını söyləyib:
“Biz İranın pilotsuz təyyarələrdə istifadə olunan texnologiyalara çıxışını məhdudlaşdırmaq üçün ixrac nəzarəti ilə ata biləcəyimiz əlavə addımları qiymətləndiririk”- deyə qeyd edib.
ABŞ Rusiyanın Ukraynada mülki infrastruktura hücum etmək üçün istifadə edilən İran istehsalı olan PUA-ları istehsal etməkdə və ya daşımaqda ittiham etdiyi şirkətlərə və şəxslərə qarşı sanksiyalar tətbiq edib.
Mehin Mehmanqızı
Medianews.az