Ermənilərin “qürur”u Kim Kardaşyan Qarabağdan danışıb.
KONKRET.az xəbər verir ki, erməni porno ulduz Kim Kardaşyan sosial media səhifələrində Qarabağdakı “humanitar böhran”dan yazıb.
O, 8 saat əvvəl Facebook və İnstaqram səhifələrinin “Hekayə” bölməsində “Zartonk” mediasının hazırladığı postu paylaşıb.
“Təcili. Azərbaycanın blokadasının 23-cü günündə ölkə miqyasında elektrik enerjisi kəsilib. Enerjinin kəsilməsindən sonra havanın temperaturu 0°-yə çatıb. Qarabağ qaranlığa qərq olub”, – deyə Kardaşyan yazıb.
Qeyd edək ki, son bir neçə saat ərzində Qarabağda ermənilər məskunlaşan ərazilərdə elektrik enerjisi kəsilib.
Elektrik enerjisinin kəsilməsinin səbəbi məlum deyil.