Türkiyənin Kütahya vilayətində dəhşətli qətl hadisəsi baş verib.
Medianews.az xəbər verir ki, 44 yaşlı kişi 31 yaşlı həyat yoldaşını dəfələrlə bıçaqlayaraq öldürüb.
Saxlanılan İsmayıl Türn həyat yoldaşı Ayşəgül Türünü öldürdüyünü etiraf edib.
Şəhərdə təmizlik işçisi olan İsmayıl Türün ötən gün səhər saatlarında evində 3 uşaq anası olan həyat yoldaşı Ayşegül Türünlə mübahisə edib. Cütlüyün mübahisəsi qısa müddətdə davaya eçevrilib. İsmayıl Türün həyat yoldaşına çoxsaylı bıçaq zərbələri vuraraq evdən qaçıb.
Həyat yoldaşını öldürdüyünü etiraf edən Türün polisə özü məlumat verib. Xəbər üzərinə hərəkətə keçən polis qrupları, İsmayil Türunu evin qarşısında nəzarətə götürüb. Evə daxil olan təcili yardım işçiləri Ayşegül Türünün öldüyünü müəyyən edib.
Medianews.az