Türkiyədə peşə məktəbinin tələbəsi olan Gülçin Uçan yeni il gecəsi onu ziyarətə gələn böyük qardaşı Onur Uçanı sinəsindən bıçaqla vuraraq qətlə yetirib.
Medianews.az xəbər verir ki, qətl hadisəsi Türkiyənin Aydın şəhərində baş verib.
Tələbə qız ifadəsində qətli törətməkdən peşman olduğunu və qardaşı ilə keçmiş sevgilisinə görə mübahisə etdiyini bildirib.
Məlumata görə, Onur Uçanın hadisə yerində öldüyü müəyyən edilib. Qardaşının öldüyünü öyrənən Gülçin Uçan əsəb böhranı yaşayıb. Qardaşının qatili olan gənc qız aparılan əməliyyatlardan sonra məhkəmə tərəfindən həbs edilib.
“Keçmiş sevgilimə görə qardaşımla mübahisə etdim və çox əsəbiləşdim. Onunla görüşməyimi istəmirdi. Onun üçün mübahisə etməyə başladıq. Əsəblərimə hakim ola bilmədim və özümü qorumaq üçün bıçağa əl atdım. Məqsədim onu öldürmək deyildi. Özümü qorumaq istədim, peşman oldum”,- deyə Gülçin Uçan ifadəsində bildirib.
Medianews.az