Meksikada həbsxanada iğtişaş və qarşıdurmada ölənlərin sayının 19-a yüksəldiyi bildirilib.
Medianews.az bildirir ki, Meksika mətbuatında çıxan xəbərə görə, Çihuahua əyalətindəki Xuarez həbsxanasının 3 saylı Dövlət Sosial Reinteqrasiya Mərkəzində baş verən iğtişaşda ölənlərin sayı artır.
Çihuahua Əyaləti Baş Prokurorluğundan verilən açıqlamada 10 mühafizəçi və 9 məhbusun həyatını itirdiyi, 27 məhbusun isə qaçdığı bildirilib.
Təhlükəsizlik qüvvələri ilə qaçmaq istəyən məhbuslar arasında baş verən qarşıdurmada 3-ü mühafizəçi olmaqla 13 nəfərin yaralandığı bildirilib.
Məhkumların qaçmağa cəhdindən sonra baş verən qarşıdurmada dünən 10-u mühafizəçi olmaqla 14 nəfərin öldüyü açıqlanıb.