Yapon qadın plastik əməliyyata 100 min dollardan çox pul xərcləyib.
KONKRET.az xəbər verir ki, bu barədə Oddity Central məlumat yayıb. Nəşr yazır ki, 30 yaşlı yapon qadın plastik əməliyyata 100 min dollardan çox pul xərcləyib.
İnternetdə Todoroki təxəllüsü ilə tanınan qadın ilk əməliyyatını 18 yaşında ikən keçirib.
Yapon qadının dediyinə görə, məktəbdə həmyaşıdları xarici görünüşünə görə onun adını çəkib güldükləri üçün belə bir addım atmağa qərar verib.
Prosedurdan sonra o, özünü inamlı hiss edib və sevməyə başlayıb.
O vaxtdan bəri Todoroki onlarla əməliyyat keçirib və ümumilikdə 100 min dollara yaxın pul xərcləyib.
Bundan başqa, qadın blogerlik edir və Yaponiyada plastik cərrahiyyəni populyarlaşdırır. O, əmindir ki, bu mövzu tezliklə öz ölkəsində, məsələn, Cənubi Koreyada normaya çevriləcək.
Todoroki deyir: “Mənim üçün plastik cərrahiyyə özümü qəbul etmək üçün bir “dərman” idi, normal olmaq üçün inam qazandım”.