Ukrayna Baş Qərargah rəisi Valeriy Zalujnı Rusiyaya qarşı davam edən müharibədə qalib gəlmək üçün kifayət qədər gücə malik olduqlarını bildirib.
Medianews.az bildirir ki, Ukrayna Baş Qərargah rəisi Valeriy Zalujnı Rusiyaya qarşı davam edən müharibədə qalib gəlmək üçün kifayət qədər gücə malik olduqlarını bildirib.
Ukrayna Baş Qərargah rəisi Valeriy Zalujnı gec paylaşdığı videomüraciətlə xalqa müraciət edərək Milad bayramını qeyd edib.
Ölkəsində müharibənin davam etdiyini qeyd edən Zalujniy xalqın müharibə səbəbindən ağır günlər keçirdiyini qeyd edərək, “Bu Milad bayramında göz yaşı dadı, qan rəngi var” deyib.
Rusiyanın ölkəsinə müharibə elan etdiyini bildirən Valeriy Zalujnı, “Biz müharibəni seçmədik. Amma mübarizəni qəbul etdik. Və Allah bizim tərəfimizdədir. Bununla belə, düşməni məğlub etmək üçün gücümüz yetərincədir. Millət burada doğulur” deyə açıqlamasında bildirib.