Çərşənbə axşamı, 21 Mart 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Fransanın BMT Təhlükəsizlik Şurası rüsvayçılığı

ZARA
31/12/2022 06:07
23
BAXIŞ
FacebookTwitterTelegram

20-21 dekabrda Fransa və Ermənistan Azərbaycanın Laçın yolundakı vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasının (TŞ) iclasını çağırdılar.

Qeyd edək ki, 2022-ci ilin sentyabr hadisələrindən sonra Ermənistanın müraciəti əsasında BMT TŞ-nin gündəliyinə “Ermənistanın BMT yanında daimi nümayəndəsinin məktubu” adlı bənd daxil edilib. Bu bəndin daxil edilməsi Fransanın dəstəyi olmadan baş verə bilməzdi.

Fransa-Ermənistan cütlüyü hələ 2022-ci ilin sentyabrında baş vermiş hadisələrlə bağlı BMT TŞ-də sənəd qəbul etmək istəyirdi. O zaman bu baş vermədi.

Xatırlatmaq istərdik ki, 44 günlük müharibə vaxtı da belə cəhdlər olmuşdu.

Bunun özü ayrıca bir haqsızlıqdır ki, BMT TŞ-nin 4 qətnaməsi ola-ola 25 il ərzində BMT TŞ-nin Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı bir dəfə də olsun görüşü keçirilməyib. Buna imkan verməyənlərdən biri də məhz riyakar Fransa idi.

20-21 dekabr müzakirələrindən dərhal sonra Fransa tərəfindən BMT TŞ-nin daimi üzvü və hazırda TŞ-nin sədri kimi (daimi və qeyri-daimi üzvlərin hər biri bir ay sədr olur) Laçın-Xankəndi yolundakı vəziyyəti humanitar fəlakət kimi təqdim edən riyakar və tam ermənipərəst mətn hazırlanmışdı. 10 gündür ki, mətn üzərində sözün əsl mənasında qırğın gedir.

Proseslərə Fransa tərəfindən bilavasitə Prezident Administrasiyası və Makronun xarici siyasət məsələləri üzrə müşavirləri rəhbərlik edirdi.

Təsadüfi deyil ki, Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə bir sıra beynəlxalq strukturlarda Azərbaycana qarşı məkrli işlərin aparıldığına eyham etmişdi.

Və səbəbsiz deyildi ki, Prezident İlham Əliyev dekabrın 23-də Makronla telefon danışığında regional məsələlərlə bağlı balanslı və qərəzsiz davranışın vacibliyinə toxunub, Frankofoniya və bəzi digər beynəlxalq təşkilatlarda Azərbaycan əleyhinə olan fəaliyyətlərin təəssüf doğurduğunu diqqətə çatdırıb.

Fransa düşünürdü ki, bu bəyanatı qəbul etdirəcək və bundan sonra növbəti addım kimi bunu qətnaməyə çevirəcək. Bu günlərdə Ermənistanın “dahi” diplomatı və çekisti Armen Qriqoryan da TŞ-də qətnamə qəbul edilməsinin Ermənistanın məqsədlərindən biri kimi müəyyən etmişdi.

Fransız və erməni cütlüyünün bu addımları Rusiyaya qarşı xəyanət, ABŞ-nin dəstəyi ilə sülh müqaviləsi üzrə aparılan danışıqlara və bütövlükdə beynəlxalq ictimaiyyətə qarşı hörmətsizlik idi.

Amma sözün əsl mənasında Fransa üçün bu proses ciddi rüsvayçılıq oldu. BMT TŞ-nin daimi üzvü və hazırda TŞ-nin sədri Fransa 10 gün ərzində bu bəyanatı qəbul etdirə bilmədi. Bəyanat fransızların ilkin təqdim etdiyi layihədən fərqli olaraq əsaslı dərəcədə dəyişdirilib. Ermənipərəst tərzdə təşkil olunmuş bəyanatda öncə “Dağlıq Qarabağ” ifadəsi çıxarılıb. Daha sonra qeyd olunub ki, humanitar yardım yalnız Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət əsasında ola bilər. Həmçinin mətnə “Azərbaycanın ərazi bütövlüyünə dəstək” kimi ifadələr daxil edilib. Amma Azərbaycan tərəfi də bütün imkanlarından istifadə edərək Fransanı onun öz meydanında rüsvayçılıqla üzbəüz qoydu.

Rəsmi Bakı tərəfdaşlarının köməyi ilə bəyanatın mətnini o dərəcədə yumşaltmağa nail oldu ki, 6-7-ci nəşrindən sonra mətn faktiki olaraq Azərbaycanın mövqeyini ifadə etməyə başladı və bundan sonra rəsmi Paris ondan tamamilə imtina etdi. Fransa Prezident Administrasiyasının Xarici siyasət və diplomatik şöbəsi isterika halındadır. Hətta Fransanın BMT yanında daimi nümayəndəsi və onun müavininin geri çağrılması məsələsi nəzərdən keçirilir.

Argentinanın neytral meydanda Fransanı məğlub etdiyi futbol çempionatından fərqli olaraq, Azərbaycan Fransanı öz meydanında məğlub etdi – Parisin həm daimi üzvü, həm də sədri olduğu BMT Təhlükəsizlik Şurasında.

Beynəlxalq ictimaiyyət, BMT TŞ-nin daimi və qeyri-daimi üzvləri də Fransanın necə ədalətsiz, qərəzli və riyakar olduğunu gördülər və bunu açıq şəkildə etiraf etdilər.

Hətta Fransa və Ermənistan cütlüyünün sənədi qəbul olunacağı təqdirdə belə bu, dünyada baş verənlərə real təsir gücünə malik olmayaacqdı.

Amma Prezident İlham Əliyev və diplomatiyamız üçün bu, prinsipial məsələ idi.

Bu kimi yollarla geosiyasi oyunlar naminə Qafqaza soxulmağa çalışan Fransa başa düşmür ki, Azərbaycana qarşı hər belə addımı ilə özünü regiondan daha çox təcrid edir.

Azərbaycanın gücünün və Fransanı onun öz meydanında məğlub etməsinin sirri: Prezident İlham Əliyev və onun şəxsi nüfuzudur ki, onun sayəsində Bakını bütün dünyada nüfuzlu dostları dəstəkləyir!

Azərbaycanın haqlı mövqeyini, haqqı və ədaləti dəstəkləyən BMT TŞ-nin bütün daimi və qeyri-daimi üzvlərinə təşəkkürlər. Diplomatiya sükutu sevir! Ona görə onların adını çəkmirik!..

DAHA ÇOX OXU

1-MANŞET

Qubada DƏHŞƏTLİ OLAY – Polis maşınla..

21/03/2023 14:53
1-MANŞET

Aptekə dərman almağa gələn şəxs NİYƏ ÖLDÜ?

21/03/2023 14:36
1-MANŞET

Əlil arabasına möhtac qalan Tağı Əhmədovla bağlı YENİ İDDİA

21/03/2023 14:20
1-MANŞET

Bakıda torpağın 1 sotunun ŞOK QİYMƏTİ

21/03/2023 13:10
1-MANŞET

Qadınların vazkeçə bilmədiyi KİŞİ BÜRCLƏRİ

21/03/2023 11:14
Cəmiyyət

Avstriyadakı Azərbaycan Evində Novruz bayramı qeyd olunub

21/03/2023 09:46
SON XƏBƏR

Zelenski Ukrayna Ordusunun bəzi ərazilərdə irəlilədiyini açıqlayıb

Bu ilin ən qalmaqallı siyasi çıxışları

İzmirdə kranın aşması nəticəsində ölənlərin sayı artıb

Xəbər lenti

Bakıda çəkilən bu görüntü gündəm oldu – Yerə uzanıb …

21/03/2023 15:07

Qubada DƏHŞƏTLİ OLAY – Polis maşınla..

21/03/2023 14:53

Aptekə dərman almağa gələn şəxs NİYƏ ÖLDÜ?

21/03/2023 14:36

Əlil arabasına möhtac qalan Tağı Əhmədovla bağlı YENİ İDDİA

21/03/2023 14:20

Cahit Bağçı Azərbaycana TƏŞƏKKÜR ETDİ

21/03/2023 13:41

Bakıda torpağın 1 sotunun ŞOK QİYMƏTİ

21/03/2023 13:10

Putin müharibə bölgəsinə KOPYASINI GÖNDƏRDİ

21/03/2023 12:25

Tanınmış döyüşçü Faciəvi şəkildə HƏYATINI İTİRDİ

21/03/2023 12:07

“Səs Azərbaycan”ın qalibi BU ŞƏXS OLDU

21/03/2023 11:52

Xan öldürüldü – Pakistanda NƏ BAŞ VERİR?

21/03/2023 11:30

Qadınların vazkeçə bilmədiyi KİŞİ BÜRCLƏRİ

21/03/2023 11:14

Nüşabə Ələsgərli qızına belə VİLLA TİKDİRİB-FOTO

21/03/2023 10:32

Qurani-Kərimi yandırmaq istəyən şəxs haqqında BU QƏRAR VERİLDİ

21/03/2023 09:59

Avstriyadakı Azərbaycan Evində Novruz bayramı qeyd olunub

21/03/2023 09:46

Benzinlə bağlı VACİB MƏLUMAT

21/03/2023 09:38

Xalq artisti Mələkxanım Eyubovanın qızı GÖRÜN HARADA İŞƏ BAŞLADI

21/03/2023 09:21

Azərbaycana yaz gəldi…

21/03/2023 09:13

Yevlaxda itkin düşən və bu gün tapılan 4 yeniyetmə harada imiş? – Sən demə…

21/03/2023 09:08

Bakı-Qazax yolunda beş avtomobil toqquşub -Yol bağlanıb

21/03/2023 08:49

Aktrisa Aidə həyatındakı köklü dəyişikliyə televiziyadan uzaqlaşmaqla başladı

21/03/2023 06:16

92 yaşlı media maqnatı beşinci dəfə evlənməyə hazırlaşır – FOTO

21/03/2023 06:00

Eyfel qülləsinin bir hissəsi hərraca çıxarılır

21/03/2023 05:26

Azərbaycana bahar gəldi

21/03/2023 02:31

Zirəddindən Azərbaycanla bağlı PROQNOZ - 4 il sonra...

“Demişdim, ya ayın 7-si, ya da 8-i öləcək, elə də oldu…” – Zirəddin

20/03/2023 23:07

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.