Bazar, 29 Yanvar 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Sən saydığını say, gör Şaxta baba nə sayır?

Mehin
30/12/2022 23:44
114
BAXIŞ
FacebookTwitterTelegram

Hə, deyəsən, bu ili də yavaş-yavaş başa vururuq. Bayrama son bir gün qalıb. Yeni ili qarşılamaq üçün 1 ay qabaqdan canfəşanlıq edirik. Axı bir xalq olaraq bayramları xüsusilə sevirik. Amma…

“Amma”sını deyəndə sevincimiz qursağımızda qalır. Fikirləşəndə ki, hər şeyin qiyməti qalxıb, bahalaşma da trendə çevrilib, məyus halda oturursan oturduğun yerdə…

Bəzən uşaq olub Şaxta babadan möcüzələr istəyirsən ki, bəlkə, çin olar arzuların. Lakin sən saydığını say, gör Şaxta baban nə sayır.

Gör vəziyyət nə yerdədir ki, Şaxta baba belə, saatı 200 manatdan aşağı səni təbrikə gəlməz. Hər zaman uşaqlara xoş təbəssüm yaşadan babamız da, öz aramızdır, bahalaşma trendi ilə ayaqlaşır. Elə Qar qızı da qoşulub ona.

Hələ “yolka”nı demirəm… İstədiyin ölçüdə 200 manatdan aşağı yolka tapsan, papağını göyə atarsan. Nə edək? Bütün bunlar Yeni il bayramının atributlarından olsa da, onlarsız da keçinmək olar.

Bir xalq kimi, “Bayram simvollarımız olmasa da olar, əsas qarnımız tox olsun” deyib, yollanırıq bazara. Amma burada da istəklərimiz istək olaraq qalır. Sevincək gedirsən bazara. Nə gözəl! Hər şey var, heç nə yox. Necə yəni yox? Naz neymətin içində heç nə yox? Nemət var ey, onu almağa pul yox… Ətə, toyuğa, balığa yaxınlaşırsan, dilin topuq vurmağa başlayır, ayaqlarını hiss etmirsən. Elə güc-bəlayla düzəlirsən yoluna ki, digər məhsullara baxasan, qalırsan məəttəl. Yağ ət qiymətinə, pendir yağ qiymətinə, yumurta çörək qiymətinə. Elə deyinə-deyinə bir də baxırsan ki, bazarın sonundasan. Nə almısam, nə də dadmısan…

Burada eşidirsən ki, kimsə səni səsləyir: “Yaxşı göyərtilərimiz var,10 dənəsi 1 manata”. Deyirsən ki, şükür, nə əcəb göyərtinin qiyməti qalxmayıb? Belə də ki, qalxsa nə olar, qalxmasa nə olar? Nə qədər “otlayasan”? Heç olmasa, bayramda yox da…

Qaçaraq bazarı tərk edib, yollanırsan marketə. Ümidlə gedirsən ki, oradan nə isə tapasan. Amma nə fərqi var: keçəl Həsən, ya Həsən keçəl? Hə, bir fərqi var. Deməsəm, günah olar. Daha gözəl, zövqlə bəzədilmiş market ilk görünüşdən göz oxşayır. Rəngarəng endirim kampaniyaları adama “gəl-gəl” deyir. Hələ 1 manata olan məhsulun 99 qəpiyə olduğunu görəndə elə bilirsən, sənə bütün marketi hədiyyə edəcəklər. 1-2 qəpik endirimi ilə manipulyasiya edən marketinq qaydarı sənin olan-qalan 200 manatına “quş qoyur”, sən də “uça-uça” gedirsən. Bu da olur sənin bayramın.

İstəyirsən baş götürüb qaçasan rayonlara, bəlkə, Bakıdan küsüb, Sahara səhrasına belə yağan qarı oralarda görüb sevinəsən, amma hay-hay!.. Oradakı qiymətlər nəinki əl yandırır, bütün nəslinə od qoyur… Bu qiymətlərə ata-babalarımız “bir kruq” xarici ölkəni gəzib gəlirdilər, özü də iki gün yox, azı bir həftə…

Ehh… Nə isə… Təki hər zaman bayram olsun. Xalqımız, millətimiz var olsun. Ölkəmizdə sülh, əmin-amanlıq olsun. Suriya, Ukrayna kimi ölkələrə baxıb, öz günümüzə şükür edərik…

Yeni ilə yeni ümidlərlə… Xoş gəldin, 2023! Yanında səfa da gətir..

Tags: Şaxta babayolka

DAHA ÇOX OXU

Cəmiyyət

Baş nazirin sabiq müavini vəfat etdi

29/01/2023 12:15
Cəmiyyət

Azərbaycanda həkimlər uşaqlarla bağlı həyəcan təbili çaldı – Bunu qətiyyən etməyin! – VİDEO

29/01/2023 11:15
Cəmiyyət

Saunaya çox gedənləri bu təhlükə gözləyir – XƏBƏRDARLIQ

29/01/2023 00:36
1-MANŞET

NATO kursunu bitirən İLK qadın hərbi qulluqçumuz – FOTOLAR

28/01/2023 23:14
Cəmiyyət

Tanınmış polkovnik Naxçıvana polis rəisi təyin olundu- FOTO

28/01/2023 21:28
Cəmiyyət

Qiymətlər BAHALAŞDI -Kartof və soğan…

28/01/2023 12:10
SON XƏBƏR

7 yaşlı qız boğaz ağrısı səbəbiylə aparıldığı xəstəxanada öldü - VİDEO,FOTO

"Rusiya çıxılmaza düşüb” - Zelenski

Məşhur yarışmada dava düşdü - Qadın iştirakçılar bir-birinə hücum etdi - ANBAAN VİDEO

Xəbər lenti

Emma yaşadığı binadan ŞİKAYƏTLƏNDİ: “Su gəlmir, işıq yoxdur, lift işləmir” – FOTO

29/01/2023 13:07

Terrorçunu zərərsizləşdirən Vasifin əməliyyatdan sonrakı fotosu

29/01/2023 12:30

Baş nazirin sabiq müavini vəfat etdi

29/01/2023 12:15

Taxtakörpü-Ceyranbatan kanalında bir nəfər batıb

29/01/2023 11:58

Müəllim tələbə qızı boş əraziyə apardı-Kənd cammatı gördüklərindən şokda

29/01/2023 11:29

Azərbaycanda həkimlər uşaqlarla bağlı həyəcan təbili çaldı – Bunu qətiyyən etməyin! – VİDEO

29/01/2023 11:15

General ABŞ-Çin müharibəsinin başlayacağı vaxtı açıqladı

29/01/2023 10:58

Qaranlıqda televizora, telefona baxmaq niyə təhlükəlidir? – Oftalmoloqlar

29/01/2023 10:39

İranda güclü zəlzələ: 600-ə yaxın yaralı var

29/01/2023 10:26

İranın Müdafiə Nazirliyi PUA hücumunu təsdiqlədi

29/01/2023 09:33

Üzeyir bəyin, Səməd Vurğunun, Əliağa Vahidin sevdiyi qadın – Leyla Bədirbəyli haqqında maraqlı faktlar

29/01/2023 09:25

Mourinyu “ağ bayraq” qaldırdı: “Onlara layiq rəqib yoxdur”

29/01/2023 09:20

Gəncədə zəlzələ baş verib? – RƏSMİ AÇIQLAMA

29/01/2023 09:03

Şəkidə yeniyetmə özündən 12 yaş böyük şəxsi bıçaqladı

29/01/2023 09:01

Pərvin dərin ayaq dekoltesi ilə GÜNDƏMDƏ – FOTOlar

29/01/2023 03:33

“O, bu mükafatı almaq üçün 500 manat ödəmişdi, sonra yazmışdı ki..”

29/01/2023 03:29

Rəşad Dağlı əfvə düşəcəkmi? – CAVAB

29/01/2023 03:18

Incendio de deposito de gas natural em Chiba, proximo a Toquio. Foto: Asahi/Reuters

İran MN: “İsfahan şəhərinə dron hücumu olub”

29/01/2023 03:12

İranda Müdafiə Nazirliyinin zavodunda güclü partlayış olub – VİDEO

29/01/2023 02:04

Saunaya çox gedənləri bu təhlükə gözləyir – XƏBƏRDARLIQ

29/01/2023 00:36

NATO kursunu bitirən İLK qadın hərbi qulluqçumuz – FOTOLAR

28/01/2023 23:14

Ceyhun Bayramov və Hikmət Hacıyev Orxan Əsgərovun yas mərasimində olublar – FOTO

28/01/2023 23:12

İlham Əliyev: “Bu qanlı terror hərtərəfli araşdırılmalıdır”

28/01/2023 23:06

Şəhidimiz Orxan Əsgərovun nəşini ölkəmizə gətirən təyyarə NİYƏ LƏNGİYİR?

28/01/2023 22:47

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.