“Memarlıq Nobel”i sayılan “Pritzker” mükafatının laureatı, yapon memar Isozaki Arata vəfat edib.
Medianews.az bildirir ki, Kyodo xəbər agentliyinin verdiyi məlumata görə, Isozaki ölkənin cənub-qərbində, Okinavanın Naha şəhərindəki evində 91 yaşında vəfat edib.
Yaponiyada 20-ci əsrin aparıcı memarlarından sayılan Tange Kenzo ilə işləyən və 1963-cü ildə öz biznesini quran Isozakinin əsərləri “Şərq-Qərb dialoqu memarlığının postmodern sintezini” əks etdirməsi ilə tanınır.
Yapon memarının beynəlxalq əsərləri arasında Los-Anceles Müasir İncəsənət Muzeyi və Barselona 1992 Olimpiya Oyunlarının keçirildiyi “Palau Sant Jordi” var.
Isozaki həmçinin Şanxaydakı çoxməqsədli “Himalaylar Mərkəzi” mədəniyyət zalı və ölkəsindəki Tsukuba Mərkəzi Binası və Oita Dövlət Kitabxanası ilə yadda qalıb.
2019-cu ildə Pritzker mükafatına layiq görülən Isozaki, “Memarlıqda qarşılaşdığım ilk şey memarlıq və ya şəhər deyildi. İlk qarşılaşdığım şey sıfır nöqtəsi oldu. Bu bir memarlıq idi və bir şəhərin yerdən necə qaldırılacağı idi” demişdi.