Sabah bayram axşamıdır. Yeni ilə artıq saatlar qalıb.
Azərbaycan digər bayramlar kimi Yeni il gecəsini də möhtəşəm qeyd edir. Bayramla əlaqədər hazırlıqlar gedir. Bir-birindən gözəl yeməklər yenə süfrələrimizin bəzəyinə çevriləcək.
Bəs, görəsən bayram günlərində bol çeşidli təamlardan istifadə bədənimizdə hansı problemlərin yaranmasına səbəb ola bilər?
Mövzu ilə bağlı Medianews.az-a danışan dietoloq Günay Həsənova bildirdi ki, bol çeşidli təamlar orqanizimdə ciddi fəsadlar yarada bilər:
“Dillər əzbəri olan süfrəmiz öz zənginliyi ilə göz oxşayır. Lakin yağlı, kalorili yeməklər orqanizmdə fəsadlar yaradır. Süfrələrdə bir neçə çeşiddə yəməklərin olması və onlardan istifadə istər qan dövranına, istərsə də qanda şəkərin artmasına səbəb olur. Eyni zamanda yağlı və bol çeşidli təamlar mədə – bağırsaq sisteminin sıradan çıxmasına səbəb olur. Çox çeşitli təamlar həzm prosesinə ciddi mənfi təsir göstərir. Bu zaman mədə- bağırsaq traktatında ağırlıq başlayır. Çünki həzm fermetləri, kalorisi çox olan qidaları mədə həzm edə bilmir. Buda istər mədədə, istərsə də bağırsaqda ciddi problemlər yaradır. İsti və yaxud da soyuq yeməkləri qarışdırmaq yüksək təziq problemi əmələ getirir. Mədəaltı vəzin fəaliyyətinə mənfi təsir göstərir. Eyni zamanda ağır yeməklər qəbizliyə, ürəkbulanmaya səbəb olur”.
Dietoloq qeyd etdi ki, bayramda hormonal problemli insanların həddən çox qidalanması çəkinin bir neçə kiloqram artmasına səbəb olur:
“Belə problemli insanlarda qidanı tənzimləmədikdə çəki anidən çox yüksəlir.
Bəzən qida zəhərlənmələrinə rast gəlirik ki, müxtəlif yeməkləri eyni anda qəbul etdikdə baş verir. Məsələn moyanezli və yaxud da yağlı salatlar, tərkibində bişmiş ərzaqlar olduqda yeni qarışım halında olduqda zəhərlənmələr baş verir.
Tövsiyyə edirəm ki, bayram günlərində insanlar öz qida porsionuna diqqət etsinlər. Süfrədə çoxlu təamlar olsa belə çalışsınlar ki,fasilələrlə qida qəbul etsinlər. Cəmi bir və yaxud iki çeşidli yeməklə kifayətlənsinlər”.
Mehin Mehmanqızı
Medianews.az