Yola salmağa hazırlaşdığımız 2022-ci il Azərbaycanın xarici və daxili siyasəti üçün bir sıra mühüm hadisələrlə yadda qaldı. Bəs görəsən millət vəkilləri bu ili necə dəyərlərləndrirlər?
Onlar cari illə bağlı təəssüratlarını Medianews.az-a bölüşdülər.
Millət vəkili Elman Nəsirov isə 2022 – ci il Azərbaycan dövlətçiliyinin manafeyi baxımından ən uğurlu, əlamətdar il hesab edir:
“Çünki ölkəmizdə əminamanlıq, sabitlik qorunub saxlanıldı. Ölkəmizdə vətəndaş həmrəyliyi hökm sürür. Xalq və prezident arasında münasibət daha da möhkəmdir. Monolit birlik təşkil edir. Qarşıya qoyulan hədəflərə çatmaq üçün ciddi işlər görülür. Xüsusilə də Qarabağa qayıdışı qeyd etmək yerinə düşər ki, cari ilin noyabrın 16- sı cənab prezidentin imzaladığı sərəncamla işğaldan azad olmuş torpaqlara “Böyük Qayıdış” və birici dövlət proqramı qəbul edilib.
Artıq 2026-cı ilə qədər Qarabağa qayıdışla bağlı ciddi proseslər həyata keçriləcək”.
Millət vəkili qeyd edib ki, baymayaraq ki, il mürəkkəb ildir dünyada çox ciddi proseslər gedir:
“Xüsusi ilə Rusiya Ukrayna müharibəsi dünyanın bütün mənzərəsini dəyişib. Hətta nüvə təhlükəsi problemi heç vaxt olmadığı qədər mövcuddur. Bu reallıqlar fonunda Azərbaycan istər müsəlman dünyasında, istərsə də planetimizdə sabitlik ocağı kimi tanınır və qəbul edilir. Bu ilin siyasi yekunlarından danışarkən əsas hədəfimiz o idi ki, Ermənistan, Azərbaycan münasibətləri normallaşsın. Bu məqsəd ilə Azərbaycanın siyası rəhbərliyi 5 baza prinsipini Ermənistana təqdim etmişdir. Ermənistan tərəfi bu təklifi qəbul etsə də lakin sonrakı addımları bu razılaşmanın tamam ilə pozulması mənafeyinə xidmət göstərib. Sərhədlərin delimitasiyasına razı olan Ermənistan faktik olaraq ona əməl etmir. Azərbaycan, Ermənistan arasında sülh müqaviləsinin layihəsi hazırlanmalı idi. Ermənistan bunu istəmir. İki dövlətin kommunikasiyanın bərpası ilə ilə bağlı konkret addımlar atılmalı idi. Azərbaycan bu addımı atıb, Ermənistan isə kənara çəkilərək buna mane olur.
Bu azmış kimi Ermənistan rus sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərimizdə təbii sərvətlərimizi talan edərək ekoloji terror siyasətini həyata keçirir. Buna isə Azərbaycan etiraz edəndə informasiya müharibəsi açır. Bu reallıqlar fonunda Moskvada, Soçidə, Brüsseldə, Praqada eyni zamanda Vaşiqtonda əldə edilmiş müafiq razılaşmanın icrası baş tutmur. Buna görə də bütün məsuliyyət Ermənistanın üzərinə düşür. İnanırıq ki, Ermənistan rəhbərliyi vəziyyəti düzgün qiymətləndirəcək.
2023- cü ildə sülh sənədinin hazırlanması istiqamətində ciddi proseslərə star veriləcək. Çünki əksi Ermənistan üçün fəlakətdir. Bunun əksi “Dəmir yumruğun” işə düşməsi anlamındadır”.
Millət vəkili onu da qeyd etdi ki, 2022-ci ilin mühüm nəticələrindən danışarkən eneji təhlükəsizliyi sahəsindəki Azərbaycan Avropa ittifaqı əməkdaşlığına da diqqəti cəlb etdi:
“Bu ilin 18 iyul tarixində Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıği haqqında anlaşma memorandumu imzalandı. Azərbaycan Avropaya 2027- ci ilə qədər indikindən iki dəfə çox qaz satmış olacaq.
Göründüyü kimi bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində mizilsiz rol oynayır. Bunu rəsmi Brüssel də qəbul edir.
Bütün bu uğurların fonunda Azərbaycan prezidenti İlham Əliyevin misilsiz, yorulmaz, fədakarcasına fəaliyyəti dayanır və həmin fəaliyyətin xalqımız tərfindən yüksək qiymətləndirilməsi reallığı dayanır”.
Millət vəkili Azər Badamov 2022-ci il ölkəmizin sosial-iqtisadi həyatında və beynəlxalq siyasətdə nail olduğumuz uğurlarla yadda qaldığını bildirdi:
“Biz bilirik ki, 2022-ci ilin 24 fevralında baş vermiş Rusiya-Ukrayna müharibəsi dünya nizamına yeni çağırışlar gətirib. Azərbaycan bu yeni çağırışlara və yeni münasibətlərin formalşamasına hazır olduğunu nümayiş etdirdi. 2022-ci ildə Prezident İlham Əliyev Avropa, Asiya və Afrika ölkələrinə səfərləri və beynəlxlaq təşkilatların tədbirlərində iştirakı, həm də dövlət başçıları ilə ikitərəfli görüşlərin keçirilməsi Azərbaycanı beynəlxalq siyasəti üçün vacib faktor olduğunu sübut etdi. 2022-ci ildə Azərbaycan dünyanın ikinci ən böyük təəsisatı olan Qoşulmama Hərəkatına sədriliyinə bir il də davam etdirdi. O cümlədən təşəbüssümüzlə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi yaradıldı və Bakıda müvafiq konfrans keçirildi. 2022-ci ildə Azərbaycanda istehsal olunacaq yaşıl enerjisinin Avropa İttifaqına çatdırılması ilə bağlı Qara dənizin dibi ilə yeni dəhlizin çəkilməsi ilə bağlı saşziş imzalandı.
2022-ci il ölkəmizin sosial-iqtisadi həyatında inkişaf və uğurlarla yadda qaldı. Yola saldığımız ildə iqtisadiyyatımız artdı, əhalinin sosial rifahını yaxşılaşması istiqamətdə atılan addımlar davam etdirildi. Əhalinin əmək haqları, pensiyaları və müavinətlərində artımlar edildi. Müəyyən qədər infilyasiyanın baş verməsinə baxmayaraq milli valyutamız sabit qaldı. Ölkəmizin valyuta ehtiyaları artdı və dövlətimizin xarici borcu azaldı. Beləliklə ölkəmizin iqtisadi müstəqilliyi daha da möhkəmləndi.
Qarabağ müharibəsinin əlillərinə və şəhid ailələrinə dövlət dəstəyi proqramları davam etdirildi. Bu kateqoriyadan olan ailələrə mənzillər və fərdi evlər verildi. Bu ilin sonuna qədər ümumiyyətlə 13 minə yaxın ailənin mənzil-məişət problemləri həll olundu. 2022-ci ildə də Qarabağ müharibəsi əlillərin avtomobillərlə təmin edildi və bu göstərici 7500-ə yaxınlaşdı. Torpaqlarımızın işğaldan azad edilməsində öz sağlamlıqlarını itirmiş qəhrəman oğullarımızın reabilitasiyası, müalicəsi, yüksək texnoloji protezlərlə təmin edilməsi, işlə təmini və digər sosial problemlərin həll olunması istiqamətində tədbirlər uğurla davam etdirildi.
Cari ildə torpaqlarımızın işğaldan azad edilməsinin ikinci ili tamam oldu. 2022-ci ildə işğaldan azad edilmiş ərazilərdə yenidən qurma və bərpa işləri sürətlə aparıldı, demək olar ki, işğaldan azad olunmuş bütün şəhərlərin baş planları təsdiq olunaraq yenidən tikilməsinə başlanıldı. O cümlədən, Zəngilan Beynəlxalq Hava Limanı istifadəyə verildi, Laçın dəhlizinə alternativ yol çəkilərək Laçın şəhəri və ətraf kəndlər nəzarətimizə keçdi. Cari ildə Ağalıdan Böyük Qaydışa başlandı. Şuşa ili çərçivəsində silsilə tədbirlər keçirildi və bu mədəniyyət paytaxtımızın bizim üçün nə qədər əziz olduğunu dünyaya bir daha nümayiş etdirdik. 2022-ci ildə digər regionların tarazlı inkişafı ilə bağlı qəbul olunmuş proqramlar icra olundu. Cənab Prezident İlham Əliyevin regionlara səfərləri çərçivəsində bir çox sosial infrastruktur layihələrin açılışı edildi.
2022-ci ildə uğurlarımızla yanaşı həllini gözləyən bir neçə vacib məsələ də təəssüf ki, həll olunmamış qalmaqdadır. Bu, 10 noyabr 2020-ci ildə imzalnamış Üçtərəfli Bəyantın 4,6,7 və 9-cu bəndlərin bu gün də icra olunmaması, Ermənmistanla münasibətlərin normalaşması və Qafqaz regionuna davamlı sabitlik gətirəcək “Sülh müqavilə” sinin imzalnmaması ilə bağlıdır. Təəssüf ki, ermənilərə bir neçə ölkənin dəstək verməsi Ermənistanı yeni xəyallara ruhlandırır və torpaqlarımızda cinayətlərin davam etdirlməsinə sövq edir. Amma Qarabağda rus sülhmramlıların nəzarəti altındakı ərazilərdə yaşayan erməniləri vətəndaşlarımız hesab edirik və Ermənistanla sülh müqaviləsinin imzalnması mövcud problemlərin aradan qalxmasına yol açacaqdır.
İnanıram ki, 2022-cü ildə başa çatdıra bilmədiyimiz işləri 2023-cü ildə başa çatdıracağıq. 2023-cü ilin dövlət büdcəsi də 2022-ci illə müqayisədə daha çoxdur. Bu o deməkdir ki, 2023-cü ildə əhalinin sosial rifahının yaxşıllaşmasına xidmət edəcək proqramlar daha da genişlənəcəkdir. Əmək haqları, pensiyalar və müavinətlərdə hiss olunacaq dərəcədə artımlar olacaq və qlobal bazarlarda baş verən qiymət artımılarının ölkəmizin həyatına təsirləri minimuma enəcəkdir. Hesab edirəm ki, 2023-cü ildə xalqımızı böyük uğurlar və nailiyyətlər gözləyir. Dünyada yaşayan həmyerlilərimizin birliyi və vətənə bağlılıqları daha da möhkəmlənəcəkdir.
Bir neçə gündən sonra həyatımıza “Yeni il”-ə, 2023-cü ilə 2022-ci ildə qazandığımız uğurlarla qədəm qoyuruq. Fürsətdən istifadə edərək xalqımızı “31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni il”bayramları münasibətilə təbrik edirəm. 2023-cü ildə ölkəmizə sülh, əminamanlıq, yüksək rifah, hər bir ailəyə təbəssüm və sevinc arzulayıram”.
“2022 -ci il müstəqil Azərbaycan dövlətçilik tarixinin ən mühüm illərindən biri kimi-“Böyük Qayıdış” ili , “Şuşa ili” kimi yadda qaldı”.
Bu sözləri Millət vəkili Hikmət Babaoğlu Medianew.az-a açıqlamasında bildirib. Millət vəkili qeyd edib ki, bu il həm də islahatlar ili kimi yadda qalıb:
“2022-ci il şəhid ailələrinin, qazilərin mənzil şəraitinin yaxşılaşdırılması, aztəminatlı ailələrin sosial rifahının gücləndirilməsi, iqtisadi inkişaf ili kimi yadda qaldı. Çünki məhz bu il Azərbaycan növbəti il üçün ən iri həcmli büdcəsini qəbul etməyi bacardı ki, bu da Azərbaycanın inkişafının göstəricisidir.
Bu il ölkəmizdə siyasi partiyalar haqqında qanun qəbul edildi. Əminəm ki, bu qanun siyasi sistemdə yeni kefiyyət mərhələsi yaradacaqdır.
Azərbaycanın qərb bölgəsində – Naxçıvanda prezident İlham Əliyevin səlahiyyətli nümayəndəliyi institutu yaradılması mühüm addımlardan biri idi”.
Millət vəkili bildirdi ki, 2022- ci il həm də korrupsiya ilə mübarizə ili kimi yadda qaldı. Biz qanun pozuntularına yol verən çoxsayılı nümayəndələrlə bağlı görülən tədbirlərin şahidi olduq:
“Bu ilə öz imzasını atan mühüm məsələlərdən biri də Azərbaycan vətəndaş cəmiyyəti institutlarının nümayəndələrin fəallığı oldu. Eko fəallarımızın Şuşa, Xənkəndi yolunda keçirdiyi aksiya bütün dünyada rezonans yaratdı.
Xarici siyasətdə isə heç şübhəsiz ki, “Türk Dövlətləri Təşkilat”ının Səmərqənddə keçirilən zirvə görüşü mühüm bir hadisə oldu. Azərbaycanda keçirilən çoxsayılı beynəlxalq tədbirlər dövlətin inkişafının göstəricisidir.
ADA universitetində təşkil olunan konfransı qeyd edə bilərik ki, hər iki tədbirdə Azərbaycan prezidenti hazırki tarixi mərhələdə qarşımızda duran milli məsələlər və çağrışlarla bağlı çox mühüm fikirlər səsləndirdi. Dövlətimizlə bağlı strateji məsələləri siyası masaya gətirmiş oldu. İlham Əliyev qeyd etdi ki, Azərbaycandan kənarda yaşayan azərbaycanlıların hüquqları və vəzifələri ,eləcə də türk dövləti təşkilatından kənarda yaşayan türklərin problemləri və məsələləri bizim məsələmizdir. Bu gələcək Azərbaycanın mühüm konsepsiyası idi. Eyni zamanda türkdilli dövlətlərə inteqrasiasının və birgə fəaliyyətinin mühüm istiqamətlərindən biri idi.
Əlbəttdə ki, qonşu Türkmənistanla müqavilələrin imzalanması mühüm hadisədir. Üçtərəfli görüşlər konstektində Türk Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü də çox mühüm görüş kimi yadda qaldı”.
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “ Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” mövzusunda hazırlanıb.
Mehin Mehmanqızı
Medianews.az