Ukrayna rəsmiləri Rusiya ordusunun bu gün ümumilikdə 120 raketlə müxtəlif bölgələri hədəf aldığını bildirib. Partlayışlarda 3 nəfərin yaralandığı, atılan raket parçaları səbəbindən ən azı 2 evin zərər gördüyü öyrənilib.
Medianews.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenskinin müşaviri Mixail Podolyak sosial media hesabında Rusiya tərəfindən 120-dən çox raket atıldığını açıqlayıb. Ukraynanın paytaxtı Kiyev şəhərinin meri Vitali Kliçko Kiyevi hədəf alan 16 Rusiya raketinin vurulduğunu qeyd edilib.
Prezident Zelenskinin müşaviri Podolyak Rusiya Ukrayna üzərində kritik infrastrukturu məhv etmək və dinc sakinləri kütləvi şəkildə öldürmək üçün 120-dən çox raket atdığını bildirib: “Biz sülh yolu ilə həll, Rusiya Federasiyası üçün təhlükəsizlik təminatları ilə bağlı daha çox təklif gözləyirik”.
Kiyevin meri Vitali Kliçko Kiyevə atılan 16 raketin hava hücumundan müdafiə sistemi tərəfindən məhv edildiyini bildirib.
Kliçko bu gün verdiyi başqa açıqlamada şəhərin müxtəlif nöqtələrində partlayışların olduğunu qeyd edib. Kliçko Kiyev əhalisini elektrik enerjisinin kəsilməsi ilə bağlı xəbərdar edib və onlardan telefon və digər cihazları doldurmağı xahiş edib.
Medianews.az