“Cənubi Koreya prezidenti Yun Sok Yel KXDR-ə məxsus pilotsuz təyyarələrin ölkənin hava məkanına daxil olmasını təxribat hesab edərək, bunun onlar üçün ağır nəticələnəcəyini diqqətə çatdırıb”.
Publika.az-a istinadən xəbər veririk ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, prezident ölkədə pilotsuz uçan aparatların gücləndirilməsinin sürətləndirilməsini əmr edib. O deyib ki, sülhü təmin etmək üçün Cənubi Koreya ordusu mütləq müharibəyə hazır olmalıdır.
Qeyd edək ki, dekabrın 26-da Cənubi Koreyanın Müdafiə Nazirliyi Şimali Koreyaya məxsus 5 pilotsuz təyyarənin ölkənin hava məkanını zəbt etməsi barədə məlumat yayıb.