Cənubi Afrikanın Yohannesburq şəhərində yanacaq daşıyan tankerin partlaması nəticəsində həyatını itirənlərin sayı 27-yə çatıb.
Medianews.az xarici mediaya istinadən xəbər verir ki, Cənubii Afrika Respublikası Səhiyyə Nazirliyindən verilən müəlumata əsasən, dekabrın 24-də körpünün altında qalan tankerin partlaması nəticəsində ölənlərin sayının 27-yə çatdığı və 12 nəfərin yaralandığı bildirilib.
Xəstəxanada müalicə alanların arasında ağır yanıq xəsarətli yaralılar var, ona görə də ölənlərin sayının artacağı ehtimal edilir.
Cənubi Afrika mətbuatının verdiyi xəbərə görə, saxlanılan tanker sürücüsü (dəlil olmadığı üçün) sərbəst buraxılıb.
Cənubi Afrika prezidenti Siril Ramafosa verdiyi açıqlamada partlayışın araşdırıldığını və partlayışdan zərər çəkən vətəndaşlara lazımi köməklik göstəriləcəyini bildirib.
Partlayış nəticəsində bir xəstəxananın damı uçub, iki ev dağılıb, bəzi avtomobillər və ətrafda çox sayda insan yaralanıb.
Ayşən Azadova
Medianews.az