Medianews.az saytı xarici mətbuata istinadla xəbər verir ki, Kambocanın Poipet şəhərində Grand Diamond City otelində baş verən yanğın nəticəsində azı 10 nəfər ölüb, 30 nəfər yaralanıb.
Kambocanın Tailand sərhəddində, Banteay Meanchey əyalətinin Poipet şəhərində fəaliyyət göstərən Grand Diamond City Hoteldə yanğın baş verib. Hadisə yerinə çoxlu sayda yanğınsöndürən və ilk yardım qrupları göndərildikdən sonra oteldə sıxışan işçilər üçün xilasetmə işlərinə başlanılıb.
Səlahiyyətlilər ilkin təsbitlərə görə yanğında ən azı 10 nəfərin həyatını itirdiyini, 30 nəfərin isə tüstüdən zəhərlənərək və ya pəncərədən atılaraq yaralandığını bildirib. Sosial mediada yayılan görüntülərdə oteldə qapalı qalanların pəncərədən özlərini ataraq xilas olmağa çalışdıqları görülüb.
Yanğının səbəbi hələlik məlum olmasa da, hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Mehin Mehmanqızı
Medianews.az