Bazar ertəsi, 20 Mart 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

İlin ən yaddaqalan mədəniyyət hadisələri – Yaylaq festivalını sel apardı, nazirin işdən çıxarılması və …

XƏYALƏ
29/12/2022 16:29
524
BAXIŞ
FacebookTwitterTelegram

Artıq 2022-ci ili yola salırıq. Bu bir il ərzində hər sahədə olduğu kimi mədəniyyət aləmində də maraqlı, gündəmi zəbt edən hadisələr yaşandı.

Bəs görəsən il ərzində bütün mədəni hadisələri qələmə alan media nümayəndələri üçün bu il necə yadda qaldı?

Mədəniyyət yazarları 2022-ci ilin son günlərində geridə qoyduğumuz ilin mədəni hadisələrini Medianews.az-a bölüşdülər.

“Mədəniyyət” qəzetinin müxbiri, teatr yazarı Həmidə Rüstəmova bildirdi ki, Azərbaycan mədəniyyəti özünü  postpandemiya dövrünü yaşayır:

“Bu il bir çox mədəniyyət hadisələri ilə yadda qaldı.  Mədəniyyət yazarı kimi  2022-ci ilə nəzər yetirdikdə mənim üçün ən yadda qalan, maraqlı akt bu ilin yazında Şuşaya baş tutan səfərimiz oldu. Səfərimiz “Xarıbülbül” festivalı ilə bağlı idi. Festival çərçivəsində sənətkarlarla Şuşaya səfər etdik. Daha sonra “Vaqif poeziya” günlərinə şahidlik etdik.

İl ərzində müxtəlif  teartlarda bir çox premyeralar baş tutub və bu kimlər üçünsə mədəniyyət hadisəsi kimi qələmə verilə bilər.  Amma teatrların iş prosesi tamaşa hazırlamaqdır. Bu nöqteyi nəzərdən hər hansı premyeranı ilin mədəniyyət hadisəsi kimi xatırlamaq doğru deyil.

Cari ildə ölkə  teatrlarının bir qismi istər mədəniyyət naziliyinin xətti, istərsə də müstəqil şəkildə xarici ölkələrdə  keçirilən festivallarda iştirak etdilər. Ölkədə iki teatr  festivalı, bundan başqa ssenari, pyes müsabiqələri keçirildi. Ancaq təəssüf ki, bunları ölkə əhəmiyyətli bir hadisə kimi analiz edə bilməyəcəm. Bu il bizim beynəlxalq miqyasda təbliğatımız Azərbaycan mədəniyyətinin dünya miqyasında təqdimatı üçün müəyyən aktlar oldu.  Hər hansı teatrın yüksək kateqroiyalı festivaldan qalibiyyətlə qayıtması yaxud da hər hansı formada müsbaiqədə iştirakı olmadı. Ümid edək ki, qarşıdakı il Azərbaycan teatrının yaranmasının 150 illiyi qeyd ediləcək. Ümid edək ki,  teatrımızın yaranmasının 150 illiyində biz yaddaqalan hadisələr görəcəyik”.

“Kulis.az” saytının redaktoru Samirə Əşrəf isə bildirdi ki, 2022-ci ildə böyük bir mədəniyyət hadisəsi baş verməyib:

“Çünki bizdə mədəniyyət sahəsində çox ciddi problemlər, boşluqlar var. Hətta o boşluqlar dərinləşib uçurum yaratmağa doğru gedir. Ola bilər ki, ölkədə göstəriş üçün müəyyən festivallar keçirilsin, layihələr baş tutsun. 2022-ci il ümumən mədəni həyatımızda heç bir rezonans doğuran, diqqət çəkən hadisə ilə yadda qalmadı. Elə də hər kəsin diqqətində olan layihələr, festivallar olmadı. Ən çox yadımda qalan mədəni hadisə  YUĞ teatrında izlədiyim iki maraqlı tamaşa oldu. Biri “Şəbədə”, digəri isə “Kloun bizzz” tamaşası idi. Bir də Abdulla Şaiq adına Dövlət Kukla Teatrında nümayiş olunan “Qara balıq” tamaşasını bəyəndim.

Kino sahəsində isə xanım rejissorumuz Səidə Haqverdiyevanın “Köhnə çamadanlar” filmini ilin əlamətdar hadisəsi hesab edirəm.

Ədəbiyyat sahəsində isə Kulis.az “İlin hekayəsi” adlı  müsabiqəmiz baş tutdu. Böyük bir təqdimat keçirdik”.

“Yeni Çağ”ın əməkdaşı, tanınmış mədəniyyət yazarı Cəvahir Nehru isə qeyd etdi ki,  başa çatmasına sayılı günlər qalan 2022-ci il- Pələng  ili həm də ciddi mədəniyyət  hadisələri ilə yadda qalıb:

“Azərbaycan işğaldan azad olunmuş Qarabağda müxtəlif vaxtlarda beynəlxalq tədbirlərə, festivallara, elmi konfranslara  ev sahibliyi etdi.

Şuşada ikinci dəfə beynəlxalq Vaqif Poeziya günləri təşkil olundu.

V Xarıbülbül Beynəlxalq Folklor Festivalı keçirildi.

Sentyabrın 19-da ölkəmiz Şuşada Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə “Azərbaycanda mədəniyyət iqtisadiyyatı: Şuşadan inkişaf impulsları” adlı beynəlxalq elmi-praktik konfransına evsahibliyi etdi.

May ayında Qarabağın incisi olan Şuşada Birinci Beynəlxalq Kulinariya Festivalı keçirildi. Şuşada 11 xarici ölkə və Azərbaycanın 11 bölgəsinin mətbəx nümunələri  təqdim olundu.

Kino sahəsində də dirçəliş özünü göstərdi.

“Atabəylər: Şəmsəddin Eldəniz” adlı çoxseriyalı tarixi bədii televiziya filminin çəkilişlərinə qərar verildi.

Türkiyədə və ölkəmizdə fəaliyyət göstərən peşəkar kino işçilərindən formalaşdırılan yeni prodakşn – “Şahdağfilm”ə həvalə olunan çoxseriyalı televiziya filmində həm yerli, həm də xarici aktyorlar rol alacaq”.

 

  “Bakı xəbər” qəzetinin əməkdaşı  İradə Sarıyeva hesab edir ki, 2022-ci il çox maraqlı, eyni zamanda da həyəcan doğurucu hadisələrlə yadda qalıb: “Heç şübhəsiz ki, burada mədəniyyət hadisələrini xüsusi qeyd etməliyik. Şuşada Vaqif Poeziya Günlərinin keçirilməsi  böyük mədəniyyət hadisəsi olaraq yadımda qaldı. Beynəlxalq “Xarıbülbül” Festivalı da unudulmaz mədəniyyət hadisəsidir. Onu da vurğulayım ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2022-ci ilin məhz “Şuşa ili” elan edilməsi müasir mədəni həyatımızda xüsisi rol oynadı. Bu il mədəniyyətlə bağlı baş verən hadisələrin hər birinin içində qələbə əzəməti vardı. Bu arada Azərbaycan Yazıçılar Birliyinin qalmaqallı qurultayı da unudulmaz hadisələr sırasındadır. Ümid edirəm ki, növbəti illərdə daha məzmunlu, maraqlı mədəniyyət hadisələrinin şahidi olacağıq.

Mədəniyyət xalqın, dövlətin aynasıdır, amma bu aynanın bəzən üzünə ləkə salanlara da rast gəldik. Bu il həm mədəniyyət naziri, həm də onun müavini ilə vidalaşdıq, onlar vəzifələrini itirdilər. Bəzi gözləntilər özünü doğrultmadı, bu ili də Qarabağ zəfəri barədə tammetrajlı filminin həsrəti ilə başa vururuq. Bütün yaxsi və pis hadisələrə baxmayaraq, mədəniyyətimizin varlığı qürurumuzdur”.

 

“APA”nın əməkdaşı Nihad Pir isə bildirdi ki, il ərzində yadda qalan hadisələr kifayət qədədir:

“İlin mədəniyyət hadisəsi” deyəndə ağlıma, birinci növbədə, “Yaylaq festivalı” gəlir. Çünki il ərzində hər nə qədər ürək açan, sevindirici mədəni hadisələr olsa da, həmin hadisə orada olan jurnalistlərin heç vaxt yadından çıxmayacaq və çıxa da bilməz. Bu bir yana, həmin vaxtları həmkarlarımızın bizi “Yemək davası edənlər” kimi qələmə vermələri də çox pis təsir etmişdi. Amma əsas odur, bu il də tanıdığımız adamları bir də tanıdıq. Görək 2023-cü ildə başımıza nələr gəlir”.

“525-ci qəzet”in müxbiri, mədəniyyət yazarı Şahanə Müşfiq 2022-ci il mədəniyyət sahəsində nə uğurlu nə də uğursuz hesab edir: “Düzdür, il ərzində mühüm hadisələr baş versə də, elə də ciddi tərpəniş, sıçrayış müşahidə etmədik.

İlin ən önəmli hadisəsi, fikrimcə, “mədəniyyətimizin yenidən nazirsiz qalması” oldu. Sabiq nazir Anar Kərimov qısa zaman kəsiyində bu vəzifəni icra etsə də, il tamam olmamış, bu günlərdə cənab Prezidentin sərəncamı ilə vəzifəsindən azad olundu. Ümid edirik ki, növbəti təyinat uğurlu olacaq, mədəniyyətimizin, incəsənətimizin təəssübünü çəkə biləcək.

Bundan başqa, ilin hadisəsi kimi, mən özəl teatr olan “M Teatr”-ın nəhayət özünə məkan tapmasını qeyd edərdim. Çünki bu, çox vacib faktordur. Düzdür, bu, dövlət tərəfindən edilmədi, “Qanun” nəşriyyatının direktoru, naşir Şahbaz Xuduoğlunun nəcib addımı ilə “M Teatr” həmin binada məkanla təmin olundu. Sevindirici haldır ki, teatr özünə məkan tapar tapmaz Xalq artisti Vidadi Həsənovun rəhbərliyilə çox sürətlə sənət aləminə atıldı, bir-birinin ardınca çox gözəl, keyfiyyətli, uğurlu tamaşalar qoydu.

Şuşada keçirilən Vaqif Poeziya Günləri, Xarıbülbül festivalı və sair kimi tədbirlər də ilin hadisəsi sayıla bilər. Səviyyəsindən, keyfiyyətindən asılı olmayaraq, Şuşamızda, Qarabağımızda baş tutan hər mədəni tədbir hadisə səviyyəsindədir, mənə görə. Çünki biz 30 ildir bunun həsrətini çəkmişdik. Ancaq sözsüz, Vaqif Poeziya Günlərində Əməkdar artist Nicat Kazımovun quruluşunda “Əsrlərin divanı” tamaşa-kompozisiyası xüsusi vurğulanmalıdır. Belə bir möhtəşəm işdən təkcə il dəyərləndirməsində deyil, hər zaman danışmaq lazımdır.

Həmçinin, il ərzində müxtəlif teatrlarımızda uğurlu premyeralar oldu, teatr festivalları, kitab festivalları, musiqi festivalları keçirildi.

İlə son damğanı isə artıq bir neçə ildir olduğu kimi rejissor Mehriban Ələkbərzadə vurdu, məncə. Onun Gənc Tamaşaçılar Teatrının səhnəsində qoyduğu “Kod adı V.X.A” tamaşası günlərlə danışıldı. Repressiya qurbanı xanımlarımıza həsr olunmuş tamaşa Azərbaycan səhnəsində ilk dəfə 70 nəfərdən çox aktyor heyətini birləşdirən səhnə əsəri kimi mədəniyyət tariximizə düşdü.

Sonda bütün mədəniyyət aləmini, incəsənət nümayəndələrimizi qarşıdan gələn yeni il münasibətiylə təbrik edir, mədəniyyətimizə daha uğurlu, daha məhsuldar illər arzu edirəm!”.

 

“SPUTNİK Azərbaycan”ın əməkdaşı Şahpəri Abbasova 2022-ci ilin ən yadda qalan mədəniyyət hadisələrini sadaladı:

 

“Bu il Qarabağ haqqında çoxseriayalı serialın çəkilişləri barədə qərar verildi.

2022-ci ilin ən yadda qalan mədəniyyət tədbiri 29-31 iyul tarixlərində Azərbaycanın milli-mənəvi dəyərlərinin təbliği, yaylaq və elat mədəniyyətinin yaşadılması və beynəlxalq miqyasda tanıdılması məqsədi ilə təşkil olunan II Milli Yaylaq Festivalı oldu. Festival özlüyündə maraqlı idi. Sadəcə bəzi qrumların işə məsuliyyətsiz yanaşması,  yol infrastrukturunun və hava şəraitinin nəzərə alınmaması görülən işləri heç etdi.

Fikirimcə,  iyulun 30-da ölkəmizin müxtəlif media orqanları nümayəndələrinin Hacıkənd qəsəbəsinə səfəri hələ  uzun illər unudulmayacaq. Səfərdən dönüş zamanı başımıza gələn ekstrimlər ölkə gündəmində uzun müddət danışıldı.

Yazıçı Əlisa Nicatın maddi vəziyyətinin pis olması sosial şəbəkələrdə müzakirə mövzusuna çevrildi. Bu da ilin ən yadda qalan hadisəsi oldu. Müsbət tərəfi o oldu ki, bu məsələ işiqlandırıldı, onun maddi problemi qismən də olsa həllini tapdı. Gələn il yazçıya təqaüd ayrılacaq. Fevral ayına qədər sənədlər toplanır, fevraldan sonra təqaüd alacaq. “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlunun sosial mediada bu məsələni işıqandırdı və ölkə mediası bu məsələdə həmrəlik nümayiş etdirdi. Medianın gücü burada öz sözünü dedi”.

“Azvision.az” saytının əməkdaşı Şəhanə Rəhimova isə bildirdi ki, 2022 – ci il onun yaddaşında Mədəniyyət naziri Anar Kərimovun işdən çıxarılması ilə qalıb:

“Bu gözlənilən idi. Çünki nazirliyin fəaliyyətsizliyi, intriqalar yuvasına çevrilməsi hadisələrin bura qədər gələcəyini göstərirdi. Qalmaqallı məsələlərdən biri də nazirliyin Kukla Teatrında “yoxlama” aparması idi. Günlərlə mətbuatın gündəmi oldu. Daha sonra nazir müavini Elnur Əliyevin vəzifəsindən azad edilməsi, onun sevgi qalmaqalları ilə medianın yaddaşında qalması öz damğasını vurdu. Ola bilsin ki, uğurlu işlər çox oldu. Amma Mədəniyyət Nazirliyində baş verən biabırçı hadisələr maqnit kimi bütün diqqəti özünə cəlb etdi. Ümid edirəm ki, yeni rəhbərlik belə səhvləri etməz”.

Xəyalə Rəis

Medianews.az 

 

 

 

DAHA ÇOX OXU

Cəmiyyət

Dünəndən qalan əriştəni yediyi üçün əlləri və ayaqları amputasiya olundu

20/03/2023 17:40
Cəmiyyət

Bitkoin 9 ayın ən yüksək həddinə çatdı

20/03/2023 17:20
Cəmiyyət

Ayvalıkda günəş qəbul edən suitilər göründü – VİDEO

20/03/2023 16:35
1-MANŞET

2023-cü il seçkilərində prezidentliyə namizədlər – SİYAHI

20/03/2023 16:15
Cəmiyyət

Mərmərə dənizində DƏHŞƏTLİ HADİSƏ

20/03/2023 15:50
1-MANŞET

Məzənnə DƏYİŞİR? – VACİB AÇIQLAMA

20/03/2023 14:51
SON XƏBƏR

MTN-in qalmaqallı polkovniki vəfat etdi - FOTO

Geri qaytarılan 30 milyon manatlıq əmlak generalın deyil? - Vəkilindən AÇIQLAMA

Renka müğənninin oğlu ilə qalmaqalından danışdı - VİDEO

Xəbər lenti

Dünəndən qalan əriştəni yediyi üçün əlləri və ayaqları amputasiya olundu

20/03/2023 17:40

Bitkoin 9 ayın ən yüksək həddinə çatdı

20/03/2023 17:20

Moskvada Aygün Kazımovaya görə izdiham yaşandı – VİDEO

20/03/2023 17:00

Ayvalıkda günəş qəbul edən suitilər göründü – VİDEO

20/03/2023 16:35

2023-cü il seçkilərində prezidentliyə namizədlər – SİYAHI

20/03/2023 16:15

Mərmərə dənizində DƏHŞƏTLİ HADİSƏ

20/03/2023 15:50

Qadın əvvəl zəhər içdi, sonra özünü yandırdı, əri isə… – Azərbaycanda dəhşətli hadisə

20/03/2023 15:30

Qayınatanın yataq otağında gəlininə şok təklifi: “Ya boşan, ya da…” – Təfərrüat

20/03/2023 15:11

Məzənnə DƏYİŞİR? – VACİB AÇIQLAMA

20/03/2023 14:51

Bakıda bu şəxslərə qarşı XÜSUSİ ƏMƏLİYYAT – SAXLANILDILAR

20/03/2023 14:39

2007-ci ildə istehsal edilən İPhone-nun satış qiyməti HAMINI HEYRƏTLƏNDİRDİ -50 mindən BAHA..

20/03/2023 13:59

Sabiq icra başçısının qardaşı oğlu FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ

20/03/2023 13:17

AzTV VƏ DİL KOMİSSİYASI KOBUD SƏHV BURAXDI – FAKT

20/03/2023 12:23

Azərbaycanda DƏHŞƏT – Qadın anasını BELƏ ÖLDÜRDÜ

20/03/2023 11:41

Bu bürcün sahibləri ƏN AĞILLI İMİŞ

20/03/2023 10:54

Niyam Aynur Dadaşovanı yıxıb-sürüdü: “Əfi ilan saxlamışam”

20/03/2023 10:34

Hərbi Helikopter yerə ÇIRPILDI, ÖLƏNLƏR VAR

20/03/2023 10:03

Ermənistandan NÖVBƏTİ TƏXRİBAT

20/03/2023 09:28

Azərbaycanda yenidən devalvasiya TƏHLÜKƏSİ…

20/03/2023 09:24

Seçkilər ləğv edildi, keçmiş deputatlar parlamentə qayıtdılar – ŞOK QƏRAR

20/03/2023 09:20

Putinin bu hərəkəti TƏNQİD OLUNDU – Ona “OĞRU” DEDİLƏR

20/03/2023 09:08

Azərbaycanda tələbə dekan müavini təyin olundu

20/03/2023 08:45

İncəsənət Gimnaziyasının şagirdləri İçərişəhərdə bayram konsertində çıxış ediblər

20/03/2023 08:38

ABŞ dronunu vuran Rusiya qırıcısı “Bayraktar”la bacarmadı – VİDEO

20/03/2023 06:46

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.