Medianews.az xarici mətbuata istinadla xəbər verir ki, Hindistanın Andhra Pradeş ştatında siyasi partiyanın təşkil etdiyi mitinqdə izdiham nəticəsində 7 nəfər həyatını itirib.
Andhra Pradeş əyalətinin keçmiş baş naziri Nara Çandrababunun rəhbərlik etdiyi Teluqu Desam Partiyasının ştatın cənubundakı Nellore şəhərində təşkil etdiyi mitinqdə izdiham yaşanıb.
AA müxbirinin səlahiyyətlilərdən əldə etdiyi məlumata görə, izdiham nəticəsində kanala düşənlərdən 7-si həyatını itirib, bir neçəsi isə yaralanıb.
Hadisə yerinə çoxlu sayda sağlamlıq qrupu göndərilib, yaralılara tibbi yardım göstərilib.
Teluqu Desam Partiyası hadisədə həyatını itirən insanların ailələrinə təzminat ödəyəcəyini açıqlayıb.
Mehin Mehmanqızı
Medianews.az