Medianews.az xarici KiV- ə istinadla xəbər verir ki, HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə bəyan edib ki, Benyamin Netanyahunun rəhbərliyi ilə qurulacaq İsrail hökuməti qeyri-qanuni yəhudi məskunlaşmalarını genişləndirərsə, buna “müqaviməti gücləndirməklə” cavab verəcəklər.
Benyamin Netanyahunun qurduğu hökumət proqramında işğal altındakı İordan çayının qərb sahilindəki yaşayış məntəqələrinin gücləndirilməsi üçün çalışacağını açıqlamasının ardından Həmas lideri Haniyə yazılı açıqlama verib.
İsrail liderlərinin və hökumətlərinin, xüsusilə Netanyahunun qurduğu hökumətin siyasi və intellektual meyllərinin qızışdırdığını bildirən Haniyə , Fələstin xalqının prioritetinin yeni İsrail hökumətinin prioritetlərinə qarşı müqavimət göstərmək və birliyi təmin etmək olduğunu vurğulayıb.
Yəhudi məskunlaşmalarının genişləndirilməsi ilə bağlı Haniyə qeyd edib ki, onlar “müqaviməti artıraraq və müqavimət sahəsini genişləndirməklə qəsəbəyə cavab verəcəklər və qeyri-qanuni məskunlaşan yahudilərin Fələstin torpaqlarından çıxarılması üçün bütün mümkün vasitələrlə təzyiq göstərəcəklər”.
Həddindən artıq sağçı və ultra-pravoslav partiyalarla koalisiya quran Netanyahu parlamentdə sabah gözlənilən etimad səsverməsindən əvvəl sosial media hesabında hökumət proqramını açıqlayıb:
“Yəhudilərin bütün İsrail torpaqlarında imtiyazlı və şübhəsiz yaşamaq hüququ var” ifadəsinin yer aldığı proqramda hökumətin işğal altındakı İordan çayının qərb sahili də daxil olmaqla Negev səhrası və Qalileyada yəhudi məskənləri quracağı və genişləndirəcəyi bildirib.
İsrail tərəfindən işğal olunmuş Fələstin ərazilərində salınan yəhudi qəsəbələri beynəlxalq hüquqa görə qeyri-qanuni sayılır. Beynəlxalq ictimaiyyət bu məsələni sülh danışıqlarına ən mühüm maneələrdən biri kimi görür.
Noyabrın 1-də İsraildə keçirilən növbədənkənar ümumi seçkidə Netanyahunun başçılıq etdiyi sağ blok 120 yerlik parlamentə 64 deputat göndərərək açıq-aşkar qələbə qazanıb. Netanyahunun ifrat sağçı və ultra-pravoslav partiyalarla qurduğu koalisiya hökumətinin sabah parlamentdən etimad səsi alacağı dəqiq hesab edilir.
Mehin Mehmanqızı
Medianews.az