Fevralın 24-dən dünyanın gözü, qulağı Ukraynadan gələn xəbərlərdədir. Müharibə ölkənin hər yerində can almağa davam edərkən cəbhədən təəccüblü görüntülər gəldi. Ukraynalı gözəllik kraliçasının toyu sosial şəbəkələrdə yayılıb.
Dünya Ukrayna Kraliçası və 2012-ci ildə “Miss World” finalçısı olmuş Yevgeniya Prokopenkodan danışır.
Medianews.az xəbər verir ki, ölkəsində aylarla davam edən müharibəyə biganə qalmayan keçmiş gözəllik kraliçası parlaq həyatından ayrılaraq ordu sıralarına yollanıb.
Orduda vəzifəsini davam etdirən Prokopenko cəbhədə ailə qurub.
Toy fotolarını sosial media hesabında paylaşan gözəllik kraliçası yaşananları Britaniyanın Daily Star qəzetinə danışıb.
Görüntüləri yayılan Prokopenko “Rus dilində səlis danışıram, amma Putinin dilini bilmirəm. Onun üçün yalnız bir gülləm var” deyib.
Cəhənnəmdə gözəllik kraliçası olduğunu bildirən Prokopenko, cəbhədəki həyata uyğunlaşmaq üçün əlindən gələni etdiyini vurğulayıb.
Medianews.az