İstanbulda rusiyalı iş adamı 26 milyon lirəlik “Lamborghini” markalı avtomobili ilə qəzaya uğrayıb.
Medianews.az xəbər verir ki, qəza nəticəsində avtomobil yararsız hala düşüb.
Qəza nəticəsində xəsarət alan olmayıb.
Hadisə saat 14.30 radələrində baş verib. Rus iş adamı olduğu öyrənilən şəxsin kimliyi hələlik məlum olmayıb. Xəbər üzərinə hadisə yerinə gələn və qəza ilə bağlı protokol tərtib edən polislər avtomobili qəza meydançasına aparıb.
Medianews.az