“Moskva Tayms” qəzetinin məlumatına görə, Rusiya Daxili İşlər Nazirliyi açıq mənbəli araşdırma jurnalistikası “Bellingcat” qrupunun tanınmış jurnalistlərindən biri olan bolqar Xristo Qrozevi axtarışa verib.
Medianews.az bildirir ki, Daxili İşlər Nazirliyinin saytındakı axtarış siyahısında bolqar jurnalistin doğulduğu yer, doğum tarixi, cinsi və milliyyəti barədə məlumatlar yer alıb.
50 yaşlı Qrozev Bellingcat tərəfindən üzə çıxarılan bir çox istintaq hesabatlarında, o cümlədən 2018-ci ildə İngiltərənin Solsberi şəhərində rus ikili agenti Sergey Skripal və qızının zəhərlənməsi ilə bağlı əsas rol oynayıb və Kremli narahat edib.
Qrozev açıqlamasında “Kremlin məni niyə “axtarılanlar siyahısına” saldığını bilmirəm, ona görə də şərh verə bilmərəm” deyib.
Qrozev bu gün Nova TV-yə danışıb. Harada olduğunu açıqlamayan Qrozev “Qorxuram ki, məni öldürəcəklər və ya qaçıracaqlar” şərhini verib.
Rusiyada vəkil tutduğunu deyən Qrozev “Məni nədə ittiham etdiklərini dəqiq bilmirəm” deyib.
Rusiya Qrozevi iyul ayında bilmədən bəzi rus agentlərinin kimliyini açıqlamaqda ittiham edib.
Qrozev 2015-ci ildə Bellingcat-a qoşulub və tezliklə diqqətləri üzərinə çəkib.
Bolqarıstanın keçmiş müdafiə naziri Boyko Novev Bolqarıstan rəsmilərini Rusiyanın bu addımına dəvət edib və “bolqar jurnalist Xristo Qrozevə qarşı açıq təhdid edən Kremlin özbaşınalığına qarşı nə etmək lazımdır” şərhini verib.
Bellingcat 2014-cü ildə Hollandiyada əsası qoyulmuş, açıq mənbə kəşfiyyatı üzrə ixtisaslaşmış araşdırma jurnalistikası qrupudur.