Özbəkistanın Səmərqənd şəhərində SARS Doc-1 Max dərmanını idxal edən firmaya qarşı cinayət işi açılıb.
Belə ki, 18 uşağın ölümünə səbəb olan bu dərman vasitəsinin öldürücü təsirə malik olamsı üzə çıxıb.
Bu barədə Medianews.az ölkənin Dövlət Təhlükəsizlik Xidmətinin Telegram kanalına istinadən xəbər verir.
Bu dərmanı Hindistan şirkəti Marion Biotech Pvt. Ltd” şirkəti “Quramax Medikal”ı Özbəkistana idxal edir. 2012-ci ildən ölkənin apteklərindədir. Dərman şərbət və tablet şəklində mövcuddur.
İdxalçının və Dərman Vasitələrinin Standartlaşdırılması Elmi Mərkəzi MMC-nin işçilərinə qarşı bəndin 4-cü hissəsinə əsasən iş qaldırılıb.
İş üzrə təqsirləndirilən şəxsləri 10 ildən 16 ilə qədər həbs gözləyir. Bütün şübhəlilər artıq həbs edilib.
Mehin Mehmanqızı
Medianews.az