Türkiyənin məşhur müğənnisi Hadise Açıkgöz şəxsi həyatı ilə gündəmə gəlib.
BAKU.WS Türkiyə mediasına istinadla xəbər verir ki, sənətçinin komediya aktyoru Hasan Can Kaya ilə sevgili olduğu iddia edilib.
Hadisenin Kaya ilə bir aya yaxındır birlikdə olduğu deyilir.
Həmçinin münasibətlərini hər kəsdən gizlədən ikilinin son günlər arasının yaxşı olmadığı öyrənilib.
Qeyd edək ki, sosial şəbəkədə bir-birini izləməyən Kayanın Hadisenin instaqramda paylaşdığı ad günü fotolarını bəyənməsi diqqət çəkib.