Medianews.az xarici mətbuata istinadla xəbər verir ki, ABŞ-da aparılan bir araşdırma nəticəsində məlum olub ki, qədim insanlar qışı fəsilini yataraq başa vurublar. Alimlər qış yuxusunun bu gün də insanlar üçün faydalı ola biləcəyini söyləyir.
İspaniyada “Sima de los Huesos” (sümük çuxuru) adlı mağarada tapılan sümüklərdən əldə edilən dəlillər, insanların yüz min il bundan əvvəl qış yuxusuna gedərək həddindən artıq soyuqdan sağ çıxdığını ortaya qoyub.