ABŞ-ın federal hakimiyyəti, bir çox ştatların ardınca “TikTok” sosial şəbəkəsini qadağan edib.
Bizim.Media xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.
Respublikaçılar Partiyasının nümayəndəsi Nikol Malliotakis qadağanın həm milli, həm də kibertəhlükəsizlik baxımından əhəmiyyətini qeyd edib.
“TikTok təkcə şəxsi məlumatları toplamaqla kifayətlənmir, həm də yalan məlumatlar yayır. Bu, Çin Kommunist Partiyasının öz vətəndaşlarına nəzarət etmə üsuludur. Ölkəmizdə buna icazə verə bilmərik”, – deyə Malliotakis bildirib.