Medianews.az xarici mətbuata istinadla xəbər verir ki, Serbiya prezidenti Aleksandr Vuçiçin orduya və polisə bu gecədən etibarən “hazır olmaq” əmrini verdiyi açıqlanıb.
Müdafiə naziri Miloş Vuçeviç prezident Aleksandr Vuçiçin Serbiya ordusuna “ən yüksək müharibəyə hazır olmaları” barədə göstəriş verdiyini və bunun lazım gələrsə, silahlı qarşıdurma anlamına gələ biləcəyini bildirib.
Vuçeviç deyib ki, çaxnaşmaya yer yoxdur:
“Ancaq narahatlıq üçün yer var. Aydın məsələdir ki, yalnız Serbiya problemlərin siyasi razılaşma yolu ilə həll olunacağına inanır. Qarşı tərəf ( Kosovo ) daim təkbaşına hərəkət edir”.
Daxili işlər naziri Bratislav Qasiç prezident Vuçiçin də polisə “hazır olmaq” əmri verdiyini və məqsədin Kosovodakı serbləri qorumaq olduğunu bildirib.
Keçmiş serb polisi Deyan Pantiçin saxlanmasına cavab olaraq dekabrın 10-dan etibarən Kosovanın şimalında kosovo serblərinin qurduqları barrikadalar hələ də götürülməsə də, son hadisələr Kosovo ilə Serbiya arasında gərginliyi yenidən artırıb.
Serbiyanın baş qərargah rəisini sərhəd bölgəsinə göndərməsindən sonra dünən gecə Kosovonun şimalında baş verən silahlı hücum nəticəsində iki ölkə üz-üzə gəlib.
Pantiçin saxlanmasına reaksiya verən kosovo serbləri dekabrın 10-dan etibarən Bernjak sərhəd keçidlərində qurduqları barrikadalarda 17 gündür keşik çəkirlər.
Aİ, NATO və ABŞ Kosovonun şimalında gərginliyin azaldılmasına və barrikadaların götürülməsinə çağırıb.
Mehin Mehmanqızı
Medianews.az