Müğənni Şəbnəm Tovuzlu qızının toy tarixini dəyişdirib.
O, qızı Günelin toyunun təxirə düşməsi barədə “Elgizlə izlə” verilişində söhbət açıb:
“Hələ ki, toya hazırlığı dayandırmışıq. Təhsili var, oxusun, bitirsin. İkinci kursdadır hələ. Əziyyət çəkmişik, böyütmüşük. Üzük taxılıb. Sevən gözləyər. Bir il də, iki il də. Arzumdur o, təhsili alsın. Bitirsin, sonra ərə gedər”.(sfera.az)