Cənubi Afrikada qeydə alındığı iddia edilən görüntülər böyük əks-səda doğurub.
Medianews.az xəbər verir ki, iddiaya görə, ağdərililər girdikləri hovuzun onlara aid olduğunu iddia edərək qaradərili oğlanı təpik və şillələrlə hovuzdan atıblar.
Hovuza girən qaradərili uşaqların bir qrup irqçilər tərəfindən döyülməsi sosial mediada da geniş müzakirələr yol açıb. İrqçi gənclər “Bu hovuza qaradərililər girə bilməz” deyə qışqırıblar.
Uşağın boğaraq təpiklə vuran şəxslər görüntüləri izləyənləri daha da hiddətləndirib.
Sözügedən görüntüləri təqdim edirik:
Medianews.az