Medianews.az xarici mətbuata istinadla xəbər verir ki, Rusiyanın Yekaterinburq şəhərində qadının 3 uşağını boğaraq qətlə yetirməsi ölkədə gündəmin əsas mövzusu olub. Dəhşətli qətldən sonra qadın uşaqlarına şeytan girdiyini deyərək polisləri şoka salıb.
Anaları tərəfindən vəhşicəsinə qətlə yetirilən üç uşağın hekayəsi bütün Rusiyada aktual mövzuya çevrilməsi, səlahiyyətliləri hərərkətə getirib. Öz fəaliyyət qrupları hadisə yerində araşdırmalarını davam etdirərkən, 37 yaşlı ananın dəhşətli qətli psixi problemlərdən dolayı törətdiyi aşkar olunub.
Qonşuların dediyinə görə, 37 yaşlı ana qohumlarına 10 və 15 yaşlı iki oğlu və 5 aylıq qızının şər ruhlar tərəfindən tutulduğunu deyib.
Mehin Mehmanqızı
Medianews.az