Almaniyada 42 yaşlı qadının etdiyi soyğunçuluq dünya mətbuatının gündəmini zəbt edib.
Medianews.az xəbər verir ki, Mirnesan adlı qadının bu soyğunçuluğu Alman mətbuatında da manşetlərdə yer alıb.
Almaniyada pul köçürmə şirkətində çalışan 42 yaşlı Mirnesa S.-nin axtarışına başlanıb. Evi polis idarəsindən cəmi 250 metr aralıda olan Mirnesanın polisin gözünün qabağında 1 milyon avronu oğurlayaraq yoxa çıxması ciddi müzakirələrə yol açıb.
Mirnesanın qonşusu hadisə ilə danışaraq bunları deyib: “2021-ci ilin yayında bura köçüb. O, pul köçürmə şirkətində müdir olduğunu və günortadan gecə yarısına qədər işlədiyini deyirdi. Hərdən də yaraşıqlı yoldaşı və iti ilə gəzintiyə çıxırdı. Onun heç bir şübhəli davranışını görməmişik. Belə soyğunçuluqda adının hallanması bizi də təəccübləndirdi”.
Medianews.az