Ukrayna Prezidenti Vladimir Zelenski Telegram hesabında paylaşdığı videomüraciətdə xalqa səslənərək dekabrın 25-də ölkəsində və dünyada Milad bayramını qeyd edən hər kəsi təbrik edib.
Medianews.az xəbər verir ki, Ukrayna prezidenti Zelenski Rusiya ordusunun hücumları səbəbindən ölkədə enerji problemlərinə baxmayaraq, qələbə üçün mübarizəni davam etdirəcəklərini və istənilən ssenariyə hazır olmaları lazım olduğunu bildirib.
Rusiya-Ukrayna müharibəsinin davam etdiyini xatırladan Zelenski, Rusiya ordusunun Xerson şəhərinə son hücumlarında mülki vətəndaşları hədəf aldığını qeyd edərək, “Hər rus qatilini tapacağıq”-deyib.
İlin sonuna sayılı günlər qaldığını vurğulayan Zelenski, Rusiya qüvvələrinin bu prosesdə yeni hücumlara başlaya biləcəyini əsas gətirərək, vətəndaşları hava hücumlarına qarşı diqqətli olmağa çağırıb.
Rusiyanın hücumlarına görə Ukraynada elektrik kəsilməsinə baxmayaraq, qələbə üçün mübarizəyə davam edəcəklərini bildirən Zelenski “Hər bir ssenariyə hazır olmalıyıq” -deyərək əlavə edib.
Medianews.az