Kompüterdə çox vaxt keçirsək, sağlamlığımıza mənfi təsir edir.
Medianews.az xarici mediaya istinadən xəbər verir ki, xüsusilə siçanın istifadəsi zamanı təkrarlanan bilək hərəkətləri karpal tunel sindromuna səbəb ola bilər.
Mövzuyla əlaqədar danışan Ortopediya və Travmatologiya Mütəxəssisi həkim Alperen Korucu bir çox xəbərdarlıq edib və müalicə prosesini açıqlayıb. Karpal tunel sindromu hər iki əlin ilk üç barmağını əhatə edən mütərəqqi bir xəstəlikdir. Biləyin ortasında əmələ gələn və ilk 3 barmağa yayılan median sinirin təzyiqi nəticəsində ağrı, güc itkisi və uyuşma ilə özünü göstərir. Bu xəstəliyin digər əlamətləri; xüsusilə gecə saatlarında, əl bir şeyi çevirərək açmağa çalışdıqda və ya qaldırma hərəkətləri olduqda elektrik cərəyanının artması və bəzən çiyinlərə yayılan ağrıdır.
Ayşən Azadova
Medianews.az