Medianews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum və Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov Türkiyə ilə Azərbaycan arasında tikinti sektoru ilə bağlı saziş imzalayıblar.
Ekologiya, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum nazirlikdə Azərbaycan Respublikasının Fövqəladə hallar naziri Kəmaləddin Heydərov ilə görüşüb. Qurum və Heydərov arasında Türkiyə ilə Azərbaycan arasında tikinti sektorunun gücləndirilməsi məqsədilə İnşaatda Normativ və Vahid Qiymətləndirmə Sisteminin Təkmilləşdirilməsi Sahəsində Əməkdaşlıq haqqında saziş imzalanıb.
Mehin Mehmanqızı
Medianews.az