31 dekabr Dünya Azərbaycanlıların Həmrəylik Gününə sayılı günlər qalıb. Dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımız, hər il dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Gününü böyük həvəs və coşqu ilə qeyd edir. Bu bayram ildən-ilə daha geniş vüsət alır, daha geniş şəkildə keçirilir. Sözün əsil mənasında Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin həmrəylik nümayiş etdirməsi qürurvericidir.
Niderlanda yaşayan florist Yusif Xəlilov da məhz həmin soydaşlarımızdandır ki, Azərbaycanı dünyada layiqincə təmsil edir.
Medianews.az– a açıqlamasında Yusif Xəlilov bildirib ki, harada yaşamasından asılı olmayaraq Azərbaycanla qürur duyur:
“2012- ci ildə Bakida florist kimi fəaliyyətə başladım. Daha sonra karyeramı daha da genişlətmək üçün 2016 -ci ildə Amsterdama köçdüm ve işimi hazırda burda davam etdirirəm. Bu illər ərzində çox layihələrə imza atmışam və Azərbaycanı layiqincə təmsil etməyə daim səy göstərmişəm. Hal -hazırda Niderlandda ən çox izlənilən floristlərdən biriyəm. İnstagram ve Tiktok videolarımda çoxlu sayda izləməm var. Həm florist dizayner həm də art obyektlər (sənət əsərləri) də düzəldirəm. Dekabrda ilk öz şəxsi sərgimin açılışı oldu. Amsterdamın mərkəzində, 8 art obyekt (sənət əsəri) təqdim elədim . Bunların 7 -si kanvas (xolst) üzərində insan skelet formasında idi.
Sərginin adi “The Last Human” yəni sonuncu insan deməkdir.
Bu sərgidə əsas məqsədim global istiləşməyə nəzər yetirmək və sənət əsərlərinin sanki dəmirin istidən əriyərək hansı formaya düşməsini göstərmək idi .
Yəni insanın ən son halı necə ola bilər. Bu zaman nə milliyəti , nə özü, nə də ki dili olmayan sadə bir varlıq olar. Ona görə qlobal istiləşməyə diqqət etmək vacibdir. Sərgidə bu məsələlər öz əksini tapmışdı.
Eyni zamanda yeni həyatın başlanğıcı üçün güllərin çiçəklənməsi burda rol oyanıyır. Hətta sərgidə xüsusi bir gül sifariş etdim. Hansı ki, qızılgül idi. “Land of fire” adlanırdı. Onu da tam yumru formada hazırlayıb tam mərkəzə yerləşdirdim. Həmin gül isə Azərbaycan idi.
Məqsədim Azərbaycanı layiqincə tanıtmaqdır. Çünki mən vətənimlə fəxr edirəm. Hər zaman da yaratdığım əsərlərdə Azərbaycana aid nümunələr öz əksini tapır. Çünki ürəyim hər zaman Azərbaycanla döyünür”
Həmin fotoları sizə təqdim edirik:
Mehin Mehmanqızı
Medianews.az