“Azərbaycanda vahid turizm paketinin yaradılması, turizmin inkışafına təkan verəcək”
Bu sözləri Medianews.az-a açıqlamasında turizm üzrə ekspert Yalçın Köçərli bildirib. O, qeyd edib ki, istər beynəlxalq, istərsə də ticarət əlaqələri olan Azərbaycan üçün həm viza rejiminin sadələşdirilməsi, həm də təyyarə biletlərinin qiymətlərində müəyyən islahatların aparılması öz müsbət təsirini göstərəcək:
“Azərbaycan bir sira ölkələrlə bu istiqamətdə işlər aparmaqda maraqlıdır. Son günlərdə avia qiymətlərdə olan islahatlar bir daha onu göstərir ki, Azərbaycan artıq bu istiqamətdə addımlar atır.
Abu Dhabiyə gediş -gəlişin 125 dollar olması, eləcə də qonşu Qazaxıstana olan qiymətlərdə müəyyən sadələşdirmənin aparılması yönündə aparılan işlər təqdirə layiqdir.
Bu gün müəyyən ölkələrin turizm bazarı bağlandığı üçün Azərbaycan bu fürsətdən yaxşı mənada bəhrələnə bilər. Belə paketlərin olması istər körfəz, istərsə də MDB ölkələrinin axınına səbəb ola bilər. Ona görə də bu tədbirlər mütləqdir. Azərbaycan turizminə böyük töhvələr verə bilər. 2025-ci ilədək Azərbaycanda maksimum turislərin sayının artırılması nəzərdə tutulub.
İşğaldan azad edilmiş ərazilərə gəldikdə isə ekspert qeyd etdi ki, bununla bağlı dövlət kifayət qədər ciddi tədbirlər görür:
“Qarabağ, eləcə də digər bölgələrimiz turizm üçün çox əlverişlidir. Eyni zamanda Füzuli, Zəngilanda inşa edilən aeroportun da turizmə öz müsbət təsiri olacaq”.
Mehin Mehmanqızı.
Medianews.az