Əvvəllər yeni il ərəfəsində telekanallarımız biri-birindən maraqlı teletamaşalar, yeni il proqramları hazırlayardı. Uşaqdan böyüyə hər kəs o proqramlrı maraqla izləyərdi. Artıq yeni ilin başlamasına sayllı günlər qalsa da telekanallarımız bayrama hazır deyil. Bir neçə ildir ki, bayram günlərində köhnə süjetləri ilə tamaşaçıların başını aldatmağa çalışırlar.
Tanınmış aktyor və aktrisalarin yer aldığı həmin teletamaşaların indi boşluğu bilinir. Uşaqlığımızın ən yaddaqalan teletamaşaların indi yoxluğu və bunun kommersiya ilə əvəz olunması təəssüf hissi doğrur.
Bəs görəsən bunun səbəbi nədir?
Məsələ ilə bağlı Medianews.az-a açıqlama verən prodüser Oqtay Əliyev bildirdi ki, kanalların hamısı konsert proqramları hazırlasa da ortada bir çox məsələlər var:
“Doğrudur ki, hər il yeni il süjetləri hazırlanır.
Teletamaşaya gəldikdə isə Azərbaycan Televiziyası həmişə belə çəkilişlər edirdi. Adətən belə teletamaşaları rejissor Ramiz Həsənoğlu çəkirdi və çox da maraqlı alınırdı. İndi isə belə tamaşalar hazırlanmır. Telekanallarımızın yeni il proqramları çəkməyə imkanları olsa da çəkmirlər. Bu Azərbaycan Televiziyasının ənənəsi idi”.
O, qeyd edib ki, digər özəl televiziyaların vəzifəsi isə ya konsert , ya da komediya filmi verməkdir.
Medianews.az