Bazar, 29 Yanvar 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Erməni diasporu da iflasa uğrayır: Paşinyan erməni terrorçuları rusların ümidinə buraxdı

TURAN
14/12/2022 09:49
39
BAXIŞ
FacebookTwitterTelegram

Rəsmi Bakının “yumşaq güc” tətbiq etməsi Ermənistanı, Rusiyanı və erməni separatçı-terrorçuları küncə sıxışdırıb, çıxılmaz vəziyyətə salıb… Beynəlxalq siyasi iradə mərkəzləri də hazırda “erməni nağılları”na, yalançı gözyaşlarına əhəmiyyət vermir, Azərbaycanın tələbləri və şərtləri ilə barışmaqdan başqa variant qalmayıb…

Azərbaycan artıq hərəkətə keçib. Rəsmi Bakı Azərbaycan ərazilərində törədilən özbaşınalıqlara, hərbi, iqtisadi, ekoloji və s. cinayətlərə qarşı qətiyyətli addımlar atmağa başlayıb. Hələlik, erməni separatçı-terrorçular və onların “sülhməramlı” rus himayədarları Azərbaycanın yalnız “yumşaq gücü” ilə üzləşiblər. Və nəticə çıxartmasalar, tezliklə Azərbaycanın daha sərt gücü ilə də qarşılaşmalı olacaqlar.

Hazırda Laçın dəhlizi qapalıdır. Yolu bağlayan Azərbaycan cəmiyyətinin təmsilçilərinin tələbləri konkret və sadədir. Azərbaycanın təbii sərvətlərinin erməni separatçı-terrorçular və rus “sülhməramlılar” tərəfindən talanması dayandırılmalıdır. Xankəndi və ətraf bölgədə müvəqqəti dislokasiya olunan rus “sülhməramlılar” ETSN-in və Azergoldun mütəxəssislərinə faydalı qazıntı yataqlarında araşdırma aparmaq imkanı yaratmalıdırlar. Və rus “sülhməramlılar”ın komandanı, general-mayor Andrey Volkov Azərbaycan cəmiyyəti təmsilçiləri qarşısına gələrək, bu tələblərin icrasına tam təminat verməlidir.

Hələlik hər hansı anlaşma əldə olunmayıb. Ona görə də, Laçın dəhlizinin hələ uzun müddət qapalı qala biləcəyi qətiyyən istisna deyil. Ermənistanın və erməni separatçı-terrorçuların insan hüquqları və təhlükəsizlik kimi faktorlardan manipulyasiya etmək cəhdləri isə tamamilə məntiqsiz və mənasızdır. Çünki Azərbaycan öz pozulan suveren hüquqlarını müdafiə edir və hər hansı zorakılığa da qətiyyən əl atmır.

1670869246.jpg (47 KB)

Ermənistan Xarici İşlər Nazirliyinin və Xankəndi və ətraf bölgədəki erməni separatçı-terrorçuların “genosid nağılları” isə indiki situasiyada olduqca gülünc görünür. Bunu dünyada erməni diasporunun rüşvəti ilə bəslənən bir neçə nəfərdən başqa heç kim ciddiyə almaz. Ona görə də, rəsmi İrəvanın BMT-yə, ATƏT-ə müraciət etməsi, eləcə də, ermənilərin Ermənistandakı ABŞ, Fransa və Rusiya səfirlikləri qarşısında toplaşması da mənasızdır. Yəqin ki, həmişə demokratiyadan, sərbəst toplaşma və söz azadlığından danışan beynəlxalq qurumlar və dövlətlər Azərbaycan cəmiyyəti təmsilçilərinin analoji hüquqlardan istifadə edib, dinc aksiya keçirtməsinə qarşı çıxa bilməzlər. Əks halda, özlərinin davamlı təbliğ etdikləri dəyərlərə qarşı çıxmış olarlar.

Göründüyü kimi, həm rəsmi İrəvan, həm də erməni separatçı-terrorçular hazırda çıxılmaz vəziyyətə düşüblər. Üstəlik, anlaşılan odur ki, bu dəfə erməni diasporu da onlara kömək edə bilməyəcək. Əslində, son vaxtlar erməni diasporunun beynəlxalq qurumlara və dövlətlərə təsirinin də elə bir ciddi önəminin qalmadığı aydınlaşmağa başlayıb. Hətta erməni diasporunun fəaliyyətinin iflasa uğradığını iddia etməyə əsas verən faktlar da kifayət qədərdir.

Məsələn, xarici işlər naziri Ararat Mirzoyanın “böyük diplomatik qələbə” kimi təqdim etdiyi ATƏT-in rəsmi İrəvanın Ermənistana göndərdiyi iddia olunan “müşahidə qrupu”nun fəaliyyəti sıfırlandı. Rəsmi Bakı ATƏT-in bu məsələdə mövcud prosedurlara zidd şəkildə davrandığını əsas gətirərək, bu qurumun 2023-cü il büdcəsini təsdiqləməkdən imtina etdi. Nəticədə, ATƏT həmin “müşahidə qrupu”nun özfəaliyyətlə məşğul olduğunu və bu quruma aid olmadığını rəsmən bəyan etdi.

ermeni-konqress.jpeg (147 KB)

Digər tərəfdən, rəsmi İrəvan Ermənistanın təhlükəsizliyi və Cənubi Qafqazda sülh prosesinin inkişafı üçün Avropa Birliyinin mülki müşahidə missiyasının böyük əhəmiyyət daşıdığını bəyanlamışdı. Hətta Paşinyan hakimiyyəti həmin mülki müşahidə missiyasının mandatının qeyri-müəyyən müddətə uzadılmasında israr edirdi. Ancaq erməni diasporu bu məsələni də rəsmi İrəvanın maraqları çərçivəsində həll edə bilmədi. Avropa Birliyinin xarici siyasət və təhlükıəsizlik üzrə ali nümayəndəsi Cozep Borrel həmin mülki müşahidə missiyasının iki aylıq mandatının uzadılmayacağını bəyan etdi.

Ancaq erməni diasporunun və Paşinyan hakimiyyətinin beynəlxalq uğursuzluqları yalnız bunlarla məhdudlaşmır. Belə ki, ABŞ-da fəaliyyət göstərən erməni diasporunun son günlərə qədər böyük lovğalıqla təbliğ etdiyi “nailiyyət” də artıq öz əhəmiyyətini itirib. Belə ki, erməni diasporu bəzi amerikalı konqresmenlərin rüşvətlə ələ alması sayəsində ABŞ-ın 2023-cü il üçün hərbi büdcəsinə Azərbaycan və Türkiyəyə qarşı bəzi düzəlişlərin əlavə edilməsinə nail olmuşdu. Və həmin düzəlişlər təsdiqlənsəydi, ABŞ Türkiyəyə F-16 döyüş təyyarələri sata bilməyəcəkdi, Azərbaycana isə hərbi yardımların göstərilməsi qadağan olunacaqdı.

Son məlumatlara görə, ABŞ Konqresinin Nümayəndələr Palatası ermənipərəst konqresmenlər tərəfindən 2023-cü ilin hərbi büdcəsinə təklif olunan Azərbaycan və Türkiyə əleyhinə düzəlişləri ləğv edib. Belə ki, 858 milyard dollarlıq müdafiə büdcəsini ehtiva edən Milli Müdafiə Səlahiyyəti Qanunu (NDAA) layihəsinə 350 nəfər səs verib. Və indi ABŞ Azərbaycana hərbi yardım göstərə, Türkiyəyə isə döyüş təyyarələri sata bilər.

2b76e4d189a0fd6d58d12f09b4eea6ff.jpg (158 KB)

Göründüyü kimi, Ermənistan Cənubi Qafqazda, erməni diasporu isə bütün dünyada aciz duruma düşüb. Daha nə Ermənistan, nə də erməni diasporu beynəlxalq siyasi iradə mərkəzləri üçün elə bir önəm daşımır. Belə anlaşılır ki, bütün dünyada “erməni faktoru”nun iflası, “ermənizm”in çöküşü dövrü artıq başlayıb. Və belə vəziyyətdə bəzi erməni deputatların Azərbaycanın Qarabağ regionunda baş verənlərə daha realist yanaşması tamamilə başadüşüləndir.

Məsələ ondadır ki, Azərbaycanın Qarabağ bölgəsindəki erməni separatçı-terrorçular Ermənistan hakimiyyətindən Laçın dəhlizinin açıqlması üçün Azərbaycana qarşı bütün təzyiq imkanlarından istifadə etməyə çağırıb. Baş nazir Nikol Paşinyanın partiyasını təmsil edən erməni deputat Qaqik Melkonyan isə Ermənistanın Laçın dəhlizi ilə bağlı məsələyə qarışa bilməyəcəyini vurğulayıb: “Qarabağ ermənilərinin Ermənistan hakimiyyətindən nə istədiuklərini anlaya bilmirəm. İndi Ermənistan Azərbaycana müharibə elan etməlidir? Qarabağdakı əhalinin təhlükəsizliyini təmin etmək Rusiya sülhməramlı qüvvələrinin işidir”.

Belə anlaşılır ki, rəsmi Bakı Ermənistanı və erməni separatçı-terrorçuları çıxılmaz vəziyyətə sala bilib. Üstəlik, erməni diasporu da beynəlxalq səviyyədə iflasa uğramış durumdadır. Yəni, “erməni nağılları”na, yalançı gözyaşlarına dəstək veriləcəyi də artıq qətiyyən inandırıcı görünmür. Yeganə çıxış yolu kimi yalnız Azərbaycanın tələbləri və şərtləri ilə barışmaq qalıb.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

DAHA ÇOX OXU

Analiz

Xankəndinin “sirləri” açılır, proses qəlizləşir: “Fransız Dartanyan” erməni Vardanyanı niyə vurdu

08/01/2023 19:20
Analiz

Paşinyan-Vardanyan savaşı dərinləşir: Rusiya “Ermənistan planı”nın icrasını sürətləndirir

28/12/2022 09:59
Analiz

Xankəndi əməliyyatı başlandı: Erməni terrorçular tərksilah olunmasa, ekoloqları komandoslar əvəzləyəcək

04/12/2022 20:12
1-MANŞET

DTX Naxçıvan Gömrük Komitəsində əməliyyat keçirir

23/11/2022 16:22
Analiz

Kreml daha bir dəhşətli varianta əl atır: Ukraynalılar bir-biriylə savaşacaq, Rusiya monoetnik ölkəyə çevriləcək

23/11/2022 10:42
Analiz

Kremlə və erməni terrorçulara vaxt qoyuldu: Rəsmi Bakı Xankəndi ilə bağlı qərarın icrasına başladı

20/11/2022 19:50
SON XƏBƏR

Sərxoş halda təcili tibbi yardım maşını ilə qəza törətdi - Ölən var

Əməkdar artistə ağır itki üz verdi - FOTO

“Paşinyanın manevr imkanları daralıb, qərar verməlidir”- Erməni siyasi texnoloq

Xəbər lenti

“Çukur”un aktyorundan Şahruddinə: “Qabağa qaçma” – VİDEO

29/01/2023 13:31

Azərbaycanda ər arvadını döyərək ayağını sındırıb

29/01/2023 13:30

Azərbaycanda “kupça”larla bağlı YENİLİK – Bundan sonra… – VİDEO

29/01/2023 13:27

Emma yaşadığı binadan ŞİKAYƏTLƏNDİ: “Su gəlmir, işıq yoxdur, lift işləmir” – FOTO

29/01/2023 13:07

Terrorçunu zərərsizləşdirən Vasifin əməliyyatdan sonrakı fotosu

29/01/2023 12:30

Baş nazirin sabiq müavini vəfat etdi

29/01/2023 12:15

Taxtakörpü-Ceyranbatan kanalında bir nəfər batıb

29/01/2023 11:58

Müəllim tələbə qızı boş əraziyə apardı – Kənd cammatı gördüklərindən şokda

29/01/2023 11:29

Azərbaycanda həkimlər uşaqlarla bağlı həyəcan təbili çaldı – Bunu qətiyyən etməyin! – VİDEO

29/01/2023 11:15

General ABŞ-Çin müharibəsinin başlayacağı vaxtı açıqladı

29/01/2023 10:58

Qaranlıqda televizora, telefona baxmaq niyə təhlükəlidir? – Oftalmoloqlar

29/01/2023 10:39

İranda güclü zəlzələ: 600-ə yaxın yaralı var

29/01/2023 10:26

İranın Müdafiə Nazirliyi PUA hücumunu təsdiqlədi

29/01/2023 09:33

Üzeyir bəyin, Səməd Vurğunun, Əliağa Vahidin sevdiyi qadın – Leyla Bədirbəyli haqqında maraqlı faktlar

29/01/2023 09:25

Mourinyu “ağ bayraq” qaldırdı: “Onlara layiq rəqib yoxdur”

29/01/2023 09:20

Gəncədə zəlzələ baş verib? – RƏSMİ AÇIQLAMA

29/01/2023 09:03

Şəkidə yeniyetmə özündən 12 yaş böyük şəxsi bıçaqladı

29/01/2023 09:01

Pərvin dərin ayaq dekoltesi ilə GÜNDƏMDƏ – FOTOlar

29/01/2023 03:33

“O, bu mükafatı almaq üçün 500 manat ödəmişdi, sonra yazmışdı ki..”

29/01/2023 03:29

Rəşad Dağlı əfvə düşəcəkmi? – CAVAB

29/01/2023 03:18

Incendio de deposito de gas natural em Chiba, proximo a Toquio. Foto: Asahi/Reuters

İran MN: “İsfahan şəhərinə dron hücumu olub”

29/01/2023 03:12

İranda Müdafiə Nazirliyinin zavodunda güclü partlayış olub – VİDEO

29/01/2023 02:04

Saunaya çox gedənləri bu təhlükə gözləyir – XƏBƏRDARLIQ

29/01/2023 00:36

NATO kursunu bitirən İLK qadın hərbi qulluqçumuz – FOTOLAR

28/01/2023 23:14

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.