Dekabrın 3-də Nevada ştatının Reno şəhərində hərrac keçirilib. Hərracda cins şalvarlar da daxil olmaqla “Qızıl hücum” dövrünə aid 270 ədəd cəmi təxminən 1 milyon dollara satılıb.
Medianews.az xəbər verir ki, dünyanın ən qədim cins şalvarı olduğu düşünülən şalvar ABŞ-da keçirilən hərracda 114 min dollara satılıb.
Bu şalvar 1857-ci ildə Şimali Karolina sahillərində batan gəmidə tapılıb. Düyməli olan cins şalvarın mədənçiyə aid olduğu düşünülür.
Əşyaları satışa çıxaran Kalifornia Qızıl Marketinq Qrupunun icraçı direktoru Dwight Manley, “Bu mədən şalvarları Aydakı ilk bayrağa bənzəyir, tarixi bir anı təmsil edir” deyib.
Bütün bu parçalar 1857-ci ilin sentyabrında batan SS Central America paroxodundan tapılıb.
Sözügedən şalvar Con Dement adlı şəxsin çamadanında tapılıb. Şalvarın San-Fransiskoda alındığı güman edilir.
Hərrac rəsmiləri əlavə edib ki, ön tərəfində beş düyməli bu model sonradan Levi Ştrausla eyniləşdirilən iş şalvarlarının ilk nümunələrindən biridir.
Medianews.az