Elm dünyası ABŞ-dan gələn xəbərlərdən danışır…
ABŞ-ın sirr olaraq saxladığı layihə mətbuata sızdı. ABŞ alimlərinin imzaladığı tarixi kəşfin təfərrüatlarına çatan Washington Post xəbərindən sonra ilk açıqlama gəldi və gözlər sabah veriləcək rəsmi açıqlamaya çevrildi.
Medianews.az xəbər verir ki, alimlərin 1950-ci illərdən bəri davam etdirdikləri karbonsuz enerji arzusu gerçəkləşib.
ABŞ-ın aparıcı qəzetlərindən biri olan Washington Post, elm adamlarının ilk dəfə olaraq xalis enerji qazancı təmin edən reaksiya hazırladıqlarını açıqladı.
Fusion tədqiqatının əsas məqsədi Günəşin yaratdığı enerjini nüvə reaksiyasında təkrarlamaqdır.
Livermordakı Lawrence Livermore Milli Laboratoriyasının Milli Alovlanma Müəssisəsində tədqiqatçılar qısa müddət ərzində öz-özünə davam edən birləşmə reaksiyasını alovlandırmağı bacarıblar.
Komanda təcrübədə xərcləndiyindən daha çox enerji istehsal edə bilib. Başqa sözlə, ABŞ artıq nüvə sintezindən enerji mənbəyi kimi istifadə edə biləcək.
ABŞ mətbuatı bu inkişafın bəşəriyyətin neft və kömür kimi qalıq yanacaqlara ehtiyacını əhəmiyyətli dərəcədə azaldacağını yazıb.
Bu inkişaf qlobal iqlim böhranının aradan qaldırılmasına dəstək verməklə yanaşı, dünyanın yoxsul bölgələrini ucuz enerji ilə təmin etmək üçün də yol aça bilər.
Nüvə sintezi yüksək sürətlə iki atomun parçalanmasına və bu reaksiyadan gələn enerjinin karbonu havaya buraxmadan və ya radioaktiv tullantıları ətraf mühitə atmadan enerji təmin edə bilən elektrik enerjisinə çevrilməsinə əsaslanır.
Adlarının açıqlanmaması şərti ilə qəzetə açıqlama verən alimlər mətbuatda yayılan xəbəri təsdiqləyiblər.
Bayden administrasiyasının on milyardlarla dollar dəstək verdiyi texnologiyanın kommersiyalaşdırılması üçün ən azı on il tələb olunduğu bildirib.
Medianews.az