Braziliya yığmasının ulduz futbolçusu Neymar milli karyerasını başa vura bilər.
Medianews.az xəbər verir ki, bu barəxə “Fox Sports” məlumat yayıb.
30 yaşlı hücumçu bu barədə Qətərdə keçirilən dünya çempionatında Xorvatiya yığmasına uduzduqları 1/4 final mərhələsinin oyunundan sonra açıqlamasında bildirib: “Bu məsələ ilə bağlı danışmaq çətindir. Bundan sonra nə olacağını bilmirəm. Heç nəyə zəmanət verə bilmərəm. Düşünmək üçün mənə bir az vaxt lazımdır. Braziliya millisi üçün qapını bağlamıram. Amma qayıtmaq istədiyimi əminliklə deyə bilmirəm”.
Qeyd edək ki, Cənubi Amerika təmsilçisi Xorvatiyaya penaltilər seriyasına uduzaraq mübarizəni dayandırıb.