Bazar, 5 Fevral 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Terrorçudan separatçı “təklif”

XƏYALƏ
09/12/2022 18:01
447
BAXIŞ
FacebookTwitterTelegram

Ekspertlər hesab edir ki, Rusiya sülhməramlılarının ailə üzvlərinin Azərbaycana gəlməsi ilə bağlı hər hansı müddəa və ya razılıq yoxdur.

Sülhməramlıların nəzarətində olan ərazilərdə baş verənlər hər gün gərginliyi artırır. İran vətəndaşlarının Xankəndində, Xocalıda, Ağdərədə peyda olması, sülhməramlıların yaydığı məlumatlarda Azərbaycan yer adlarının təhrif olunması və sair məsələlər getdikcə üçtərəfli razılaşmadan kənara çıxır. Hələ bu azmış kimi erməni tərəfinin yaydığı məlumatlara görə, Araik Arutyunyan sülhməramlıların ailələrini Qarabağa köçürülməsi üçün Rusiyaya müraciət edib və ilkin razılıq əldə olunub. Əgər belə bir müraciət olubsa və Rusiya tərəfi müsbət yanaşıbsa, bu nə dərəcədə doğrudur? Ümumiyyətlə, nə baş verir?

Mövzu ilə bağlı Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Medianews.az-a açıqlamasında  bildirdi ki, 10 noyabr bəyanatında Rusiya sülhməramlılarının ailə üzvlərinin Azərbaycana gəlməsi ilə bağlı hər hansı müddəa və ya razılıq yoxdur:

“Belə bir məsələ yalnız Azərbaycanın iradəsi, Azərbaycan qanunları müstəvisində reallaşa bilər. Amma indiki halda buna lüzum varmı? Ümumiyyətlə isə hər kəs anlamalıdır ki, Azərbaycan ərazisində hər hansı miqrasiya prosesi ilə bağlı son söz sahibi bizik. İndi Arayikin hansısa təklifinə gəlincə, o, terrorçudur və cinayətkar kimi axtarışa verilən birinin yalnız Azərbaycan hüquq mühafizə orqanlarına hansısa müraciətinə baxıla bilər. Digər müstəvidə Arayik, yaxud hər hansı separatçı bizim üçün ümumiyyətlə müzakirə müqabili deyil. O ki qaldı sülhməramlı komandanlığına, onların da statusu ailə üzvlərini Azərbaycan ərazisinə köçürməklə bağlı qarşımızda məsələ qaldırmaq üçün yetərli deyil. Məsələ ilə bağlı ancaq Rusiya hökuməti müraciət edə bilər ki, indiki halda səlahiyyət müddətinin bitməsinə iki il yarım qalmış əsgərlərin ailə üzvlərinin köçürülməsinə lüzum yoxdur. Ümumiyyətlə, kimsə Azərbaycana köçmək istəyirsə, bunun üçün beynəlxalq təcrübəyə uyğun şəffaf milli qanunvericiliyə sahibik və qanunun müəyyən etdiyi forma və üsullarla istənilən əcnəbi vətəndaş Azərbaycanda yaşamaq, yaxud vətəndaşlıq almaq üçün müraciət edə bilər”.

Millət vəkili Ceyhun Məmmədov isə qeyd etdi ki, son vaxtlar Qarabağdakı separatçı rejimin rəhbərliyi Rusiya ilə “əlaqələrin” inkişafına can atır: “Yəni, bu gün Ermənistan hakimiyyətindən ümidini üzən separatçı rejim Rusiya rəsmiləri və eyni zamanda sülhməramlı missiya ilə “əlaqələri” gücləndirməyə çalışır. Bu bir açıq istiqamət kimi özünü biruzə verir. Amma burada reallıq ondan ibarətdir ki, Arayik və onun dəstəsi Rusiyaya öz yaxınlıqlarını nə qədər göstərməyə çalışsalar da, bu heç bir fayda verməyəcək. Azərbaycanın mövqeyi məlumdur. Sülhməramlıların missiyası bitdikdən sonra onlar Azərbaycanı tərk etməlidirlər. Birmənalı olaraq bu bəyannamədə öz əksini tapmış məsələdir”.
C.Məmmədov vurğuladı ki, bu gün Azərbaycan cəmiyyətində sülhməramlı missiyanın fəaliyyətinə birmənalı yanaşma yoxdur: “Yəni bu missiyanın gördüyü işlər, eyni zamanda İranın diversiya qrupunun ora keçməsi Azərbaycan cəmiyyətində Rusiya hərbi kontingentinin fəaliyyəti ilə bağlı çox ciddi suallar yaradır. Ona görə də bu cür cəhdlər, özünü Rusiyaya sevdirmək niyyəti heç bir effekt verməyəcək. Çünki Azərbaycanın bu məsələ ilə bağlı yanaşması çox konkret və dəqiqdir”.

Politoloq İlyas Hüseynov isə bildirdi ki, sülhməramlılar olan bölgədə problemlər getdikcə çoxalmaqdadır: “Vardanyanın həmin bölgəyə məskunlaşmasından sonra Azərbaycan sərvətlərinin talançılığı müşahidə olunur. Sülhməramlıların rəhbəri general-mayor Volkov haqqında da xoşagəlməz fikirlər genişlənir. Xüsusilə, Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyinin Əmlka Məsələləri üzrə Dövlət Xidməti və AzərGold Qapalı Səmdar Cəmiyyətinin əməkdaşlarının bölgəyə gəlməsi ilə parallel Azərbaycanın KİV nümayəndələrinin Volkovun göstərişi ilə bölgəyə buraxılmayıb. Media təmsilçiləri hadisələri işıqlandırmaq hüququndan məhrum olublar. Digər tərəfdən həm də sülhməramlıların ailələrinin Qarabağa köçürlüməsi ilə bağlı proseslərin genişlənməsi də xoşagəlməz bir haldır. Çünki həmin şəxslər həm də siyasi manipulyasiya alətinə çevriləcəklər. Əhalinin sayının süni şəkildə şişirdilməsi müşahidə oluna bilər. Məlumdur ki, bu rəqəmlər üzərində də müxtəlif oyunlar gedir. Vətən müharibəsindən sonra bu əraziyə əhalinin qaytarılmasında Rusiya sülhməramlıları ciddi canfəşanlıq ediblər. Ayrıca avtobuslar təyin olunurdu”.

İ.Hüseynov vurğuladı ki, müharibədən sonrakı dövrdə müxtəlif şəxslərin cəlb olunması genişmiqyaslı şəkildə həyata keçirilirdi: “Bu gün də məhz bu proses davam etdilir və buna görə də düşünürəm ki, Azərbaycan tərəfi də baş verən proseslərlə bağlı cəld reaksiya verməlidir. Artıq həmin ərazidə olan etnik ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası başlamalıdır. Bununla yanaşı, ekoloqlar, ərazinin monitorinqi, kadastrı hesablamaları aparan şəxslər və digər səlahiyyətli şəsxlər bu ərazidə olmalıdır. Çünki həmin ərazilər Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir. Ona görə də Azərbaycan tərəfi burada sərbəst hərəkət etmək üstünlüyünə malikdir. Bu hüququmuzdan maksimum dərəcədə istifadə etməliyik ki, burada Azərbaycanın varlığı, mövcudluğu geniş şəkildə hiss olunsun”.

 

Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” mövzusunda hazırlanıb.

Zəfər

Medianews.az 

DAHA ÇOX OXU

Cəmiyyət

Bakıdakı məşhur restoran şəbəkəsi fəaliyyətini dayandırdı

05/02/2023 02:02
export

Regional Təhsil İdarəsinin əməkdaşı yol qəzasında öldü -FOTO

05/02/2023 01:43
export

Bakıda qadına qarşı əxlaqsızlıq edən taksi sürücüsü saxlanıldı

05/02/2023 01:27
export

Qusarda 94 yaşlı qadın özünü asaraq İNTİHAR ETDİ

05/02/2023 01:14
export

ABŞ Çinin hava şarını belə vurdu – ANBAAN VİDEO

05/02/2023 01:14
export

Azərbaycanlı gənc 145 min manatlıq təqaüdü necə alıb? – MÜSAHİBƏ

05/02/2023 00:50
SON XƏBƏR

Cəlilabadda azyaşlı dərmandan, qadın isə naməlum maddədən zəhərləndi

Zelenski onları dəstəkləyənlərə təşəkkür etdi

İlahə İbadova: "Keçmiş həyat yoldaşımın arvadı qızımla görüşməyinə imkan vermir"

Xəbər lenti

Bakıdakı məşhur restoran şəbəkəsi fəaliyyətini dayandırdı

05/02/2023 02:02

Regional Təhsil İdarəsinin əməkdaşı yol qəzasında öldü -FOTO

05/02/2023 01:43

Bakıda qadına qarşı əxlaqsızlıq edən taksi sürücüsü saxlanıldı

05/02/2023 01:27

Qusarda 94 yaşlı qadın özünü asaraq İNTİHAR ETDİ

05/02/2023 01:14

ABŞ Çinin hava şarını belə vurdu – ANBAAN VİDEO

05/02/2023 01:14

Azərbaycanlı gənc 145 min manatlıq təqaüdü necə alıb? – MÜSAHİBƏ

05/02/2023 00:50

Azərbaycanlı uşaqlar Londondakı məktəbdə görün nələr öyrənirlər? – VİDEO

05/02/2023 00:48

Fotoqraf saxlanıldı – Rəsmi açıqlama

05/02/2023 00:43

Güneyli aktyorlar Xoydakı uşaqlara dəstək olurlar – VİDEO

05/02/2023 00:40

Azərbaycan güləşçisi Xorvatiyada beynəlxalq turnirdə qızıl medal qazanıb – FOTO

05/02/2023 00:34

Sərxoş halda avtomobil idarə edən şəxs həbs olunub

04/02/2023 23:13

DİN-dən Çimnaz Sultanova ilə bağlı açıqlama

04/02/2023 21:13

Xoşqədəm Mahirə Quliyevanın ölüm xəbərinə efirdə ağladı – VİDEO

04/02/2023 21:04

“Varlığı ilə yoxluğu bilinmir” – Aktyordan Nazirliklə bağlı tənqidi status

04/02/2023 20:55

Bakı bulvarında qadın meyiti tapıldı

04/02/2023 20:46

Azərbaycanda yeni cərimələr olacaq – 550 – 1500 AZN

04/02/2023 20:37

Bakıda boşanmaq üçün məhkəməyə gedən qadın məmurdan hamilə qaldı

04/02/2023 20:28

Emrahın gəlini ilə bağlı YENİ MƏLUMAT: Zaqataladandır… – FOTOLAR

04/02/2023 20:19

Ramiz Mehdiyev onları villasına buraxmadığına görə 16 min manat ödəməli olacaq – DETALLAR

04/02/2023 20:10

Ronaldonun sevgilisi bu səbəbdən cərimələnə bilər

04/02/2023 20:03

İşgəncələrə görə xəstəxanaya düşmüş zəncanlı qadın fəal həbs edildi – FOTO

04/02/2023 19:26

Afaq Gəncəli 13 kiloqram arıqlayıb BELƏ OLDU

04/02/2023 19:04

Bakıda məşhur deputatın bahalı maşını xarab olub yolda qaldı – FOTOLAR

04/02/2023 18:57

Qardaş bacısını qətlə yetirdi – Azərbaycanda qanlı cinayət

04/02/2023 18:55

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.