Rusiya prezidenti Vladimir Putin Qırğızıstanın paytaxtı Bişkekdə keçirdiyi mətbuat konfransında danışıb.
Medianews.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Qırğızıstanda etdiyi açıqlamada diqqətçəkən mesajlar verib. Minsk razılaşmasına toxunan və “bizə xəyanət olundu” deyən Putin, nüvə silahı ilə Rusiyaya hücum etməyə cəsarət edən hər bir ölkənin yer üzündən silinəcəyini bildirib.
Mətbuat konfransında mütərəqqi hipersəs silahlarının Rusiyanın hücuma məruz qalacağı təqdirdə ona güclü cavab verə biləcəyini vurğulayan Putin ABŞ-a ismarış göndərib:
“Bizim ABŞ-da olmayan hipersəs raket sistemlərimiz var. Bizim ABŞ kimi qabaqlayıcı nüvə hücumu strategiyamız yoxdur. Rusiyaya nüvə silahı ilə hücum etməyə qərar verən düşməndən heç nə qalmayıb. Biz müntəzəm olaraq nüvə imkanlarımızı sınaqdan keçiririk”.
Medianews.az