Bazar, 5 Fevral 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Ölümə aparan gizli xəstəliklər: Onların əlaməti olmur – SİYAHI

XƏYALƏ
09/12/2022 17:03
56
BAXIŞ
FacebookTwitterTelegram

Bir sıra xəstəliklər var ki, onlar daxildən orqanizmi zədələsə də, özünü büruzə vermir.

Bu növ xəstəliklər digərləri ilə müqayisədə daha problemli və təhlükəli olanlar arasındadır. Çünki belə sağlıq problemlərin əlamətləri məlum olmadığı üçün insanlar xəstəliyin varlığından xəbərsiz olur. Nəticədə onun vaxtında müalicə edilməməsi faciəli sonluğa gətirib çıxarır. Bəs, gizli inkişaf edən və əlamətləri bilinməyən bu xəstəliklər hansılardır?

Azmedia.Az  xarici KİV-ə istinadən heç bir əlaməti ilə özünü göstərməyən xəstəliklərin bir neçəsini təqdim edir:

İnsanların bu növdən ən çox əziyyət çəkdiyi bəlalardan biri də zöhrəvi xəstəliklərdir. Geniş yayılmış növləri sifilis (süzənək) və qonoreyadır.

Süzənək həm kişi, həm də qadın sonsuzluğu, həmçinin cinsiyyət orqanlarının çoxsaylı xroniki iltihabı xəstəliklərinin tez-tez baş verən səbəblərindəndir. Sifilis insanın bütün orqanlarında ciddi fəsadlar yaradan xəstəlikdir. Fəsadların çox məruz qaldığı sahə isə baş və beyin hissəsidir. Təəssüf ki, bu xəstəliklərin bilinən çox əlaməti yoxdur. Bu xəstəliyin aşkar edilməsinə yönəlmiş bütün səylərə baxmayaraq, hələ də anadangəlmə sifilis halları müşahidə olunur.

Əlamətləri bilinməyən xəstəliklərdən biri də cinsi yolla keçən infeksiyalarıdır. Bunlara henital herpes, papillomatoz və s. kimilər aiddir. İnfeksiyalar heç bir xəstəlik törətmədən uzun müddət insan orqanizmində mövcud ola bilər. Amma orqanizmin müqavimət qabiliyyəti zəiflədikcə onların törədiciləri aktiv şəkildə artacaq. Nəticədə xəstəliyin inkişafına və immunitetin azalmasına gətirib çıxaracaq.

Böyrək xəstəliklərinin əlamətləri bir çox digər xəstəliklərin simptomlarına bənzəyir və bu səbəbdən bəzi hallarda xəstə uzun müddət ərzində tamam fərqli xəstəliklərdən müalicə olunur. Buna əsasən, ürək və onurğa xəstəliklərini misal çəkə bilərik. Sonda müalicə uğursuz olduqda, xəstəliyin miqyası daha da böyüyür. Buna görə də diqqətli olmaq lazımdır.
Ətraflı

Səbəbsiz halsızlıq, yorğunluq, baş ağrıları, hərarətin qalxması da böyrək xəstəliklərinə işarə oluna bilər. Ödəmlər (şişkinlik) ürək xəstəlikləri üçün xas əlamətdir. Amma bu simptom böyrək xəstəliyinin də xəbərçisi ola bilər. Böyrək xəstəlikləri nəticəsində əmələ gələn ödəmlər bir çox hallarda üzdə, gözlərin altında, göz qapaqlarında olur. Həmçinin ödəmlər əllərdə, beldə, cinsiyyət orqanları nahiyəsində müşahidə oluna bilər.

Bundan əlavə, sidik ifrazı pozulmaları böyrək xəstəlikləri ilə bağlı şübhə yarada bilər.

Çox vaxt şəkər olmadığını fikirləşən insanların şəkərli diabetin gizli və çətin hesab olunan növü latent formadan xəbəri olmur. “Gizli şəkər” adını almış bu forma uzun müddət səssiz olur, özünü göstərmir və sonra orqanizmə bir anda güclü zərər verir.

Gizli şəkəri yeganə göstərən üsul demək olar ki, qlükozatoleratlıq testidir. Analiz zamanı pasiyent 3 dəfə qan verir: biri səhər acqarına, 1 saat sonra ikinci analiz, daha 2 saat keçdikdə isə  yenidən üçüncü analiz götürülür. Bu analizlərin nəticəsində xəstənin qanına qlükoza daxil olduqdan sonra orqanizmin reaksiyası öyrənilir. Əgər gizli şəkər aşkarlanırsa, xəstə daha ciddi müayinələrə yönəldilir. Gizli şəkər diabet xəstəliyinin ilk mərhələsi hesab olunur. Bu formanın xroniki formaya keçməsinin qarşısını almaq pasiyentin öz əlindədir.

Sadaladığımız xəstəliklərin siyahısını daha da çoxalda bilərik. Ancaq əsas məsələ bu xəstəliklərin qarşısını almaqdır. Bunun üçün əsas vacib addımlardan biri daimi həkim və tez-tez “check up” müayinələrindən keçməkdir.

Müasir dünya standartlarına uyğun olaraq 40 yaşa qədər əhalidə “check-up” 5 ildən bir, 40 yaşdan yuxarı isə əvvəlki “check-up”ın nəticəsindən asılı olaraq 1-3 ildən bir aparılması məsləhət görülür.

Mütəmadi aparılan müayinələrin faydası çox böyükdür. Belə ki, daimi müayinələr ilkin profilaktika tədbirlərin vaxtında aparılması, xroniki xəstəliklərdəki risk faktorlarının müəyyənləşdirilməsi, həmçinin xəstəliklərin erkən mərhələdə diaqnostikası və müalicəyə başladılmasına şərait yaradır.

DAHA ÇOX OXU

Səhiyyə

Yoluxanların sayı açıqlandı

04/02/2023 17:12
Səhiyyə

Bu qidalar bədəndəki şişkinliyi aradan qaldırır

04/02/2023 17:09
export

Soyuq havada isti qalmağın yolu! 5 addımda ən soyuq havada belə üşüməyin…

03/02/2023 12:14
Səhiyyə

Limon suyunun inanılmaz faydası

02/02/2023 15:40
Səhiyyə

Qızdırması epidemiyası, fövqəladə vəziyyət elan edildi

02/02/2023 14:28
Cəmiyyət

Mənfi düşüncə depressiyanı artırır

31/01/2023 16:34
SON XƏBƏR

İşdən çıxarılan xalq artistləri ilə bağlı teatrdan açıqlama: “Yalandır”

“Əbülfəs Qarayevdən qalma ənənənin fəsadları özünü bir neçə ildən sonra göstərəcək” -Prodüser

Tayvanda quş qripi xəbərdarlığı

Xəbər lenti

Regional Təhsil İdarəsinin əməkdaşı yol qəzasında öldü -FOTO

05/02/2023 01:43

Bakıda qadına qarşı əxlaqsızlıq edən taksi sürücüsü saxlanıldı

05/02/2023 01:27

Qusarda 94 yaşlı qadın özünü asaraq İNTİHAR ETDİ

05/02/2023 01:14

ABŞ Çinin hava şarını belə vurdu – ANBAAN VİDEO

05/02/2023 01:14

Azərbaycanlı gənc 145 min manatlıq təqaüdü necə alıb? – MÜSAHİBƏ

05/02/2023 00:50

Azərbaycanlı uşaqlar Londondakı məktəbdə görün nələr öyrənirlər? – VİDEO

05/02/2023 00:48

Fotoqraf saxlanıldı – Rəsmi açıqlama

05/02/2023 00:43

Güneyli aktyorlar Xoydakı uşaqlara dəstək olurlar – VİDEO

05/02/2023 00:40

Azərbaycan güləşçisi Xorvatiyada beynəlxalq turnirdə qızıl medal qazanıb – FOTO

05/02/2023 00:34

Sərxoş halda avtomobil idarə edən şəxs həbs olunub

04/02/2023 23:13

DİN-dən Çimnaz Sultanova ilə bağlı açıqlama

04/02/2023 21:13

Xoşqədəm Mahirə Quliyevanın ölüm xəbərinə efirdə ağladı – VİDEO

04/02/2023 21:04

“Varlığı ilə yoxluğu bilinmir” – Aktyordan Nazirliklə bağlı tənqidi status

04/02/2023 20:55

Bakı bulvarında qadın meyiti tapıldı

04/02/2023 20:46

Azərbaycanda yeni cərimələr olacaq – 550 – 1500 AZN

04/02/2023 20:37

Bakıda boşanmaq üçün məhkəməyə gedən qadın məmurdan hamilə qaldı

04/02/2023 20:28

Emrahın gəlini ilə bağlı YENİ MƏLUMAT: Zaqataladandır… – FOTOLAR

04/02/2023 20:19

Ramiz Mehdiyev onları villasına buraxmadığına görə 16 min manat ödəməli olacaq – DETALLAR

04/02/2023 20:10

Ronaldonun sevgilisi bu səbəbdən cərimələnə bilər

04/02/2023 20:03

İşgəncələrə görə xəstəxanaya düşmüş zəncanlı qadın fəal həbs edildi – FOTO

04/02/2023 19:26

Afaq Gəncəli 13 kiloqram arıqlayıb BELƏ OLDU

04/02/2023 19:04

Bakıda məşhur deputatın bahalı maşını xarab olub yolda qaldı – FOTOLAR

04/02/2023 18:57

Qardaş bacısını qətlə yetirdi – Azərbaycanda qanlı cinayət

04/02/2023 18:55

Əməkdar artist: “Həyat yoldaşım dedi ki, sənə görə onu vuracam” – VİDEO

04/02/2023 17:58

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.