Ölkədə həyata keçirilən “Whirl Stroke” əməliyyatının ictimaiyyətlə əlaqələr üzrə məsul əməkdaşı Audu Katti əməliyyatın Taraba əyalətinin Vukari bölgəsində həyata keçirildiyini bildirib.
Katti əməliyyatda silahlı dəstələr tərəfindən girov götürülən 21 nəfərin xilas edildiyini bildirib.
Bir çox silahlı dəstə üzvünün yaralı şəkildə xilas olduğunu bildirən Katti, dəstələrə aid mühüm sursatların da ələ keçirildiyini bildirib.
Bu arada girovların nə vaxt oğurlanması ilə bağlı hələlik heç bir məlumat paylaşılmayıb.
Nigeryada adam oğurluğu ölüm cəzası ilə cəzalandırılır , lakin fidyə müqabilində adam oğurluğu hələ də yayılmaqdadır.
Ölkədə artan təhlükəsizlik problemlərinə qarşı mübarizə çərçivəsində fidyə ödənilməsi qadağan edilib.