Bir neçə gündür ki, sosial şəbəkələrdə yaşlı nəsil aktyorların teatrdan kənarlaşdırılması heç də birmənalı qarşılanmır.
Mövzu ilə bağlı tanınmış prodüser Oqtay Əliyev Medianews.az-a təəssüratlarını bölüşüb:
“Bu bir yenilik deyil. 10 ildir ki, keçmiş mədəniyyət naziri Əbülfəs Qarayevin təşəbbüsü ilə teatrlarda nə qədər yaşlı nəsil səhnə ustası, aktyorlar var idisə hamısı uzaqlaşdırıldı. Gənc aktyor teatra gəlib, təcrübəli aktyorlarla çiyin-çiyinə işləməklə püxtələşirdilər. Bu düşünülməmiş addımın fəsadları bir neçə il sonra öz acı nəticəsini verəcək. Aktyor sənətində yuxarı yaş həddi yoxdur. Yaşlı aktyorlar teatrların sütunudur, bu ədalətsizlikdir”.
Medianews.az