Bakıda 22 yaşlı qadın iki azyaşlı övladı ilə itkin düşüb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.
Binəqədi rayon sakini Allahyarova Vüsalə Cəbrayıl qızı sentyabrın 27-də səhər saatlarında xəstəxanaya getmək adı ilə iki azyaşlı övladı ilə birgə yaşadığı Binəqədi qəsəbəsində yerləşən Yeni sahə adlanan ərazidəki evindən çıxaraq bir daha geri qayıtmayıb.
Vüsalə Allahyarova, övladları 4 yaşlı Əhmədov Ağaisa Abbas oğlu və Amin Əhmədovu görüb yerini bilənlərdən Binəqədi rayon Polis İdarəsinə (012-590-72-43 və 012-590-63-95) və DİN-in “102” Xidməti Zəng Mərkəzi ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur.