Bazar, 5 Fevral 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Zaur Nərminin qətli haqda məlumatları necə əldə edib?

ZARA
08/12/2022 07:07
103
BAXIŞ
FacebookTwitterTelegram

Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesində “Azad Azərbaycan” (ATV) telekanalının aparıcısı Zaur Baxşəliyevin məhkəmədə dindirilməsi ilə bağlı vəsatət qaldırılıb.

Axşam.az “Report”a istinadən xəbər verir ki, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən iclasda İ.Süleymanovun vəkilləri yazılı vəsatəti məhkəməyə təqdim edib.

Vəkillər vəsatətlərində Z.Baxşəliyevin efirlərin birində N.Quliyevin meyitinin tapılmasıyla bağlı verilən məlumatların da araşdırılmasını istəyiblər.

Məhkəmə vəsatəti təmin etməyib.

Daha sonra təqsirləndirilən şəxsin müdafiəçiləri bildirib ki, aparıcı N.Quliyevanın başına vurulan zərbələrin sayını, meyitin üzərində olan əlamətlər barədə məlumatı hadisədən bir gün sonra efirdə səsləndirib:

“O, bunları necə əldə edib?”

Məhkəmədə mərhumun atası Şərif Quliyev deyib ki, həmin məlumatları Z.Baxışəliyeva özü söyləyib.

İ.Süleymanovun vəkilinin sözlərinə görə, cinayət işində qeyd olunub ki, meyitin tibbi ekspertizası günlərlə aparılıb:

“Belə olan halda gəlin, ekspertizaya cəlb olunan 4 nəfəri məhkəməyə dəvət edək, onlardan soruşaq, görək, bir gün içində bu məlumatları Nərminin atasına kim deyib? Çünki biz inanmırıq ki, Zaura həmin məlumatları Şərif Quliyev desin”.

Prosesdə vəkillər Tovuz Rayon Polis Şöbəsinin əməkdaşı A.Məmmədovun yenidən məhkəmədə dindirilməsini də tələb edib.

Məhkəmə həm ATV kanalında yayımlanan verilişə, həmçinin vəkillər tərəfindən təqdim olunan N.Quliyevanın itkin düşdüyü vaxtda keçirilən toy mərasiminin disklərinə baxılması, müdafiəçilərin qaldırdığı digər vəsatətləri nəzərə alaraq bugünkü məhkəməni yarımçıq saxlayaraq təxirə salıb.

Növbəti məhkəmə prosesi dekabrın 21-də keçiriləcək.

Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib.

Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.

DAHA ÇOX OXU

Cəmiyyət

Bakıdakı məşhur restoran şəbəkəsi fəaliyyətini dayandırdı

05/02/2023 02:02
Cəmiyyət

Azərbaycanlı uşaqlar Londondakı məktəbdə görün nələr öyrənirlər? – VİDEO

05/02/2023 00:48
Cəmiyyət

Azərbaycanda yeni cərimələr olacaq – 550 – 1500 AZN

04/02/2023 20:37
Cəmiyyət

144 milyon manatlıq yeyinti aşkarlanan nazirlikdə yenidən YOXLAMA KEÇİRİLİR

04/02/2023 12:30
Cəmiyyət

Bu tarixdən Bakıda hava dəyişir – XƏBƏRDARLIQ

04/02/2023 11:23
Cəmiyyət

İranda azərbaycanlı musiqiçi həbs olundu

04/02/2023 06:33
SON XƏBƏR

Estetiklərinə xərclədiyi məbləğ üzə çıxdı

İl ərzində “Google”da ən çox nə axtarılıb?

Sumqayıt-Bakı elektrik qatarı piyadanı vurub

Xəbər lenti

Rəhman Rəhmanov ikinci həyat yoldaşından da boşandı

05/02/2023 02:38

Manaf Tünzalənin məzar daşı üçün pul göndərdi – Ülviyyədən şok sözlər

05/02/2023 02:19

Bakıdakı məşhur restoran şəbəkəsi fəaliyyətini dayandırdı

05/02/2023 02:02

Regional Təhsil İdarəsinin əməkdaşı yol qəzasında öldü -FOTO

05/02/2023 01:43

Bakıda qadına qarşı əxlaqsızlıq edən taksi sürücüsü saxlanıldı

05/02/2023 01:27

Qusarda 94 yaşlı qadın özünü asaraq İNTİHAR ETDİ

05/02/2023 01:14

ABŞ Çinin hava şarını belə vurdu – ANBAAN VİDEO

05/02/2023 01:14

Azərbaycanlı gənc 145 min manatlıq təqaüdü necə alıb? – MÜSAHİBƏ

05/02/2023 00:50

Azərbaycanlı uşaqlar Londondakı məktəbdə görün nələr öyrənirlər? – VİDEO

05/02/2023 00:48

Fotoqraf saxlanıldı – Rəsmi açıqlama

05/02/2023 00:43

Güneyli aktyorlar Xoydakı uşaqlara dəstək olurlar – VİDEO

05/02/2023 00:40

Azərbaycan güləşçisi Xorvatiyada beynəlxalq turnirdə qızıl medal qazanıb – FOTO

05/02/2023 00:34

Sərxoş halda avtomobil idarə edən şəxs həbs olunub

04/02/2023 23:13

DİN-dən Çimnaz Sultanova ilə bağlı açıqlama

04/02/2023 21:13

Xoşqədəm Mahirə Quliyevanın ölüm xəbərinə efirdə ağladı – VİDEO

04/02/2023 21:04

“Varlığı ilə yoxluğu bilinmir” – Aktyordan Nazirliklə bağlı tənqidi status

04/02/2023 20:55

Bakı bulvarında qadın meyiti tapıldı

04/02/2023 20:46

Azərbaycanda yeni cərimələr olacaq – 550 – 1500 AZN

04/02/2023 20:37

Bakıda boşanmaq üçün məhkəməyə gedən qadın məmurdan hamilə qaldı

04/02/2023 20:28

Emrahın gəlini ilə bağlı YENİ MƏLUMAT: Zaqataladandır… – FOTOLAR

04/02/2023 20:19

Ramiz Mehdiyev onları villasına buraxmadığına görə 16 min manat ödəməli olacaq – DETALLAR

04/02/2023 20:10

Ronaldonun sevgilisi bu səbəbdən cərimələnə bilər

04/02/2023 20:03

İşgəncələrə görə xəstəxanaya düşmüş zəncanlı qadın fəal həbs edildi – FOTO

04/02/2023 19:26

Afaq Gəncəli 13 kiloqram arıqlayıb BELƏ OLDU

04/02/2023 19:04

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.